Biz dünyəvi deyilik, məhəlliyik, kiçiyik...
* * *
T. Kibirova
Biz dünyəvi deyilik, məhəlliyik, kiçiyik,
miqyasımız o yanmış tozağacı boyda var.
Sözü sözə calayar, yalnız ümid verərik,
onu da ki, qəfildən bizim şaxta dondurar.
Biz cüllütlər üzərik öz cüllüt gölümüzdə.
Hər qarışa bələdəm, hər halıyla buraya.
Ey yol ötən yolçular, deyim, eşidin siz də:
çox var hələ baxmağa mavigözlü Dunaya,
təkəbbürlü Tibrə və dəmdəməki Senaya.
Yetər ki, çantanızı bir an qoymayın gözdən.
Burda kişilər söyür Yerə, Günəşə, Aya,
arvadlar boş vedrəylə gəzirlər bilərəkdən.
Toxunsanız suyuna Dunayın, Tibrin, işdi,
xatırlarsız şaxtanın nədi dedirtdikləri,
və əyalət aşığı biz evdar kişiləri.
Bizim sular da yalnız Dunayın zir-zibili.