Balaqanvari

...Ya Trepanq körfəzidi,
Ya dənizçi mürgüsü:
Yuxuda ada görür,
Bir də dəniz mavisi.
Sanki kino uzanır,
Təlxək qutunu açır —
Quş qanad çalıb uçur,
Paltoda bir at qaçır.
Fal açıb, tütək çalır
Yuxuda aynularla,
Rəngsiz çay kimi axır
Keçmişi aynalarda —

İnci — donuz misalı
Kartlardan anlamıram.
Həyatın adı, əsli
Nədir ki, heç qanmıram?
Bəlkə də yanılıram,
Kim bilir? Mələklərmi?
Bəlkə, artıq yanıram
Cəhənnəmdə mən dəli?!
Qədim ada və balıq,
Yepyekə İxtiandr,
Yox olub; qalan — qalıq.
Və sair və ilaxır.