Su daşıyıram
Su daşıyıram qarlı təpələrdən,
Getdikcə ağırlaşır yüküm.
Qoy nə olursa-olsun, yenə də mən
Su daşıyacam sevgilimçün.
Çay soyuqdur ölüm yatağı kimi,
Buz qıraram mən səhər-axşam.
Sən əlimdən al büllur vedrələri,
Yu, təmizlə, bişir — acmışam.
Yol aşaram mən təpədən-təpəyə,
Üç dəfə siqaret çəkərəm.
Su daşıyaram sənə ölənədək,
Sonra kim daşıyar, bilmirəm.
Sonra... görsəm ki, dayanmısan tək,
Görsəm ki, vedrədə su donur...
Sevgitək, ayrılıqtək çayın üstə
Durmusan, ən ağır əzab budur.
Hələ tezdir, ətrafı zülmət almayıb,
Bir bax, yeni cığır salıram hələ.
Tanrı da bu işə məəttəl qalıb,
Hərçənd nə var qəbimdə bilir, nələr...
Getdikcə ağırlaşır yüküm.
Qoy nə olursa-olsun, yenə də mən
Su daşıyacam sevgilimçün.
Çay soyuqdur ölüm yatağı kimi,
Buz qıraram mən səhər-axşam.
Sən əlimdən al büllur vedrələri,
Yu, təmizlə, bişir — acmışam.
Yol aşaram mən təpədən-təpəyə,
Üç dəfə siqaret çəkərəm.
Su daşıyaram sənə ölənədək,
Sonra kim daşıyar, bilmirəm.
Sonra... görsəm ki, dayanmısan tək,
Görsəm ki, vedrədə su donur...
Sevgitək, ayrılıqtək çayın üstə
Durmusan, ən ağır əzab budur.
Hələ tezdir, ətrafı zülmət almayıb,
Bir bax, yeni cığır salıram hələ.
Tanrı da bu işə məəttəl qalıb,
Hərçənd nə var qəbimdə bilir, nələr...





