Hər şey bitdi...
* * *
Hər şey bitdi.
Hər şey bitdi.
Bura cənub, bura Krım dağlarıdır,
Təbiətin gur günəşli çağlarıdır,
Elə bil ki, şüşədəyəm mən indi.
Bir toz uçub, qanad açdı.
Səma Kerçin üzərində buludları cəmlədi.,
Vasitəsiz nitqlə fikir səsləndi —
eyvana gəlib çatdım.
Mən əzbərə öyrənirəm
Şərab rəngli dalğaları — azaddırlar,
Tanrım mənim, nə sonsuzluq, nə ağrı var,
İndi artıq çəkinmirəm.




