Qəfil eyvanın altda ağac — hop! — çiçəklədi...

* * *

Qəfil eyvanın altda ağac — hop! — çiçəklədi,
Birdəfəlik çiçəklər bəzədi budaqları.
Yapışqanlı-yaşılı zülmətin səsi gəldi,
Nahamar barmağıyla axtardı yarpaqları.
Xışıltı eşidilir — çəpinə qaça-qaça
tərpədir ləçəkləri süd rəngində petitlər.
Uzun fısıltısıyla havada vurub dövrə
İşıq salır, qovaraq kölgənin fitnəsini,
budaqlardan gecənin enir dibinə kimi.
Neynək — qoy uğuldasın, bu da keçib gedəcək.
Eşidirsən? — ölüm yox, qarşıdan yay gələcək,
Ağac da çiçəkləyib, bir şey qalmayıb yaya.
Xışıldadır, kitabı bir daha vərəqləyir,
Amma sondan əvvələ — silinməz qan yaddaşı.
Görünməyən azadlıq — ş-ş — ağac başında,
Ağac hələ sağ ikən gör necə çiçəkləyir.