Verlen

Mən düşkün imperiyanın qocalmış inkarçısı,
keçib gedir içimdən ordusu barbarların.
Vurhavurda o fani, qürub şeirini yazır,
yazır qızıl qələmim gizli şeir parçası.

Qəlbimdə quraqlıqdı, tənbəl peşimançılıq,
pəncərəmin altında qanlı çaxnaşma bitir.
Ocaq bir də qalanmır, çürümə uzun çəkir,
nə təəssüfə yer qalıb, nə bir istək var artıq.

Heç bir arzu yox artıq, ölmək də cansıxıcı,
Hər şey içilib, Bafill, boşla bu hırıltını!
Hər şey deyilib, bitib! Hər şey yeyilib, bəsdi!

Eyni düşük, şit mətn, bitdi, yandırmaq gərək!
Eyni düşkün həmin qul, keflənibdi səydərək!
Eyni boşluqdu yəqin, yaşanıbdı, əbəsdi!