Şimaldan soyuq gəlir, içində çürük qoxu...
* * *
Şimaldan soyuq gəlir, içində çürük qoxu
çay da sanki quruyub, durubdu buzun altda.
Dağıdılmış şəhərin üstündən keçir budu-
topa-topa, köçəri, bəyaz-bəyaz buludlar.
Bu qədimi paytaxtın ötüb keçir üstündən
Kremlin o dişcikli, qırmızı divarından,
Gözdən, könüldən uzaq kimsəsiz rus kəndindən,
Nəhəng, taqətdən düşmüş bizim rus diyarından.
Ucsuz-bucaqsız səma biganədi hər şeyə,
Yarıb-yarıb keçirlər yenə bu ağ buludlar
Bu masmavi havanı — sanki uca zirvəyə,
Yenə hopub bəyazlıq, yenə yağıbdı ağ qar.
Nə karədi amansız zəmanənin küləyi,
Heç bir xətər yetirməz, heç nə toxunmaz sənə,
Nə qədər buludların ilahi gözəlliyi
Keçəcək görünərək Rusiyanın üstündən.
Cizgilər də yellənir, dəyişirlər yerini,
Heç gün də bitməyibdi, bax yaşanır hələ ki.
Torpaqdan keçib gedir, sakitcə, iti-iti
Uçan topa buludun o qaraşın kölgəsi.