Yetimlik

Daxma boşdu. Külək öz kefindədi.
Saralmış şəkillərdəki yəqin ev sahibləridi, arada güləbətin var;
divarın o tayında paslanmış rəzələrin üstündəki qapıtək
arada qüssə ilə ciyildəyir göyərçin.
Hər yerdə yaxın keçmişdən qalma həyatın izləri var —
qaşıqlar, nəlbəki.
Elə bilirəm, mənə cansıxıcı tənəylə baxır əşyalar —
atılmış itlər, pişiklər kimi.
Nə məcbur eləyib adamları atıb getməyə doğma yurdu, ocağı?
İşçi axtaranların yalançı, boş vədləri? Dumanlı layihələr?..
Sakitlikdi. Təkcə çivdimdik
uzadır öz nəğməsini qüssəylə.