Layla
Laylay, mənim balam! Bizim bu ölkə
səadət yurdudur, bərəkət yağır.
Yalnız Şekspirdi, bir də o kölgə,
hamını əzaba çəkir, çağırır.
Ağlama, sakit ol! Ağlama, oğlum!
Eşqlə qucaqlayır Tanrı dünyanı.
Yalnız təxəyyüldü, xəyalı Coysun —
Axı nifaq nədir, ixtilaf hanı?!
Otlar da göyərir... Nə olub sənə?
Ağlama, balası, Günəş parlayır.
İnanma Kafkanın fəlsəfəsinə —
Tanrı elə onu da bağışlayır!
səadət yurdudur, bərəkət yağır.
Yalnız Şekspirdi, bir də o kölgə,
hamını əzaba çəkir, çağırır.
Ağlama, sakit ol! Ağlama, oğlum!
Eşqlə qucaqlayır Tanrı dünyanı.
Yalnız təxəyyüldü, xəyalı Coysun —
Axı nifaq nədir, ixtilaf hanı?!
Otlar da göyərir... Nə olub sənə?
Ağlama, balası, Günəş parlayır.
İnanma Kafkanın fəlsəfəsinə —
Tanrı elə onu da bağışlayır!




