Qınayıram özümü, bu suçumu mən indi...
* * *
Qınayıram özümü, bu suçumu mən indi
bütün ömrüm boyunca daşıyacam özümlə:
bir də geri dönməzsən o dünyanın sakini,
o yerlərə bilirsən, gedər-gəlməz deyirlər.
Cani-dildən yüz ildi sən xidmət eləmisən,
amma bir an içində parçalandın ortadan —
ey siyənək nimçəsi, ey gözümün nuru sən,
sonuncu yolçuluğa çıxan paraleloqram!
Qoymaram unudulsun, əziz adın heç zaman —
fərq eləməz ya bayram, ya da axşam yeməyi,
sən süfrənin əvəzsiz, şirin yeri olmusan,
kökəlməmisən, amma olubdu bər-bəzəyin.
Vətəndaş müharibəsi, daha əvvəl inqilab,
iki dünya savaşı, sovetlər, ağrı-acı,
doxsanlar, daha nələr, nəyə gətirmisən tab,
öz ömründə nələri görmüsən sən, ay bacı.
Bağışla ki, bağrına duz basmışam-sevirdim,
bir də ki kərə yağı, soğan, bıçaq gözləyən
hisə verilmiş balıq, bəzisi dilim-dilim,
nələr yaşamamısan axı mənim üzümdən.
O böyük qab dəstindən bircə sən yadigardın,
hər gün daha əzizdin, hər gün xatırladardın,
hər gün cingildəyərək duyurub əcdadları, —
necə oldu qoruya bilmədim, xırçıldadın?
Birdəfəlik qab əsri, onun oğluyam mən də,
amma ki bəyənmədim hər cürə zir-zibili;
nə çörəyə dəyişdim, nə də ki səni qəndə,
otuzlarda döymədim qapısını “torqsin”in.
Ailə yadigarı, “Kuznetsovsk”lu, əlvida!
— səni gələcək nəslə ötürməyəcəm daha,
bir ayrı cənnəti var, içimdən gəlir nida,
sabiqədəm şeylərin bolluğu var hardasa.