İxeyuan Yay sarayının Sükun zalında, imperator taxtının yanında
Altı yaşlı oğlanı
xidmətçi qızların məharətli əlləri
üsulluca, səylə geyindirirlər:
əvvəl qızılı rəngli balaca
ipək şalvarı yuxarı dartırlar,
sonra eyni rəngdə ipək qaftanı:
qabaq tərəfində balaca əjdaha tikməsi,
buludların arasında rəqs edir,
üzərindən də kiçik arxalıq atırlar,
qotazlı qolçaqlarının
kənarları xəzlə köbələnib,
balaca başına da yastı papaq qoyurlar, —
budur, sarı məxmərlə üzlənmiş
taxta oturdurlar ehmalca,
təbəssüm yayılır balaca sifətində —
eninə, qulaqlarının dibinə qədər,
gözləri gülür bic-bic,
amma bu xoşnudluq çox səssizdir,
tezliklə bitir: baxışlar
bulanır: qurğuşunlaşır, şüşələnir,
ciddiləşir, qaşları qalxır,
bir az da keçsə
qəzəblə alışıb yanacaq yanağı,
əmr vermək istəyəcək,
yağı üzərinə qoşun göndərmək,
edam etdirmək, əfv etmək istəyəcək özbaşına,
üsyanı amansızca yatırmaq,
yad kitabları yandırtmaqla
alqışlanmaq, xidmətçiləri
riyakar təriflərə sövq etmək istəyəcək, —
üç dəqiqə keçmir ki,
inadkar hökmdarı taxtdan salırlar,
başqasının növbəsidir,
ona isə yalnız on-on beş
əla keyfiyyətli foto qalır
yadigar.
xidmətçi qızların məharətli əlləri
üsulluca, səylə geyindirirlər:
əvvəl qızılı rəngli balaca
ipək şalvarı yuxarı dartırlar,
sonra eyni rəngdə ipək qaftanı:
qabaq tərəfində balaca əjdaha tikməsi,
buludların arasında rəqs edir,
üzərindən də kiçik arxalıq atırlar,
qotazlı qolçaqlarının
kənarları xəzlə köbələnib,
balaca başına da yastı papaq qoyurlar, —
budur, sarı məxmərlə üzlənmiş
taxta oturdurlar ehmalca,
təbəssüm yayılır balaca sifətində —
eninə, qulaqlarının dibinə qədər,
gözləri gülür bic-bic,
amma bu xoşnudluq çox səssizdir,
tezliklə bitir: baxışlar
bulanır: qurğuşunlaşır, şüşələnir,
ciddiləşir, qaşları qalxır,
bir az da keçsə
qəzəblə alışıb yanacaq yanağı,
əmr vermək istəyəcək,
yağı üzərinə qoşun göndərmək,
edam etdirmək, əfv etmək istəyəcək özbaşına,
üsyanı amansızca yatırmaq,
yad kitabları yandırtmaqla
alqışlanmaq, xidmətçiləri
riyakar təriflərə sövq etmək istəyəcək, —
üç dəqiqə keçmir ki,
inadkar hökmdarı taxtdan salırlar,
başqasının növbəsidir,
ona isə yalnız on-on beş
əla keyfiyyətli foto qalır
yadigar.




