Küləkli gündə

Neçə dostumu bir də heç vaxt görməyəcəm,
balaca oğlanları, mənim o qaqaşlarımı?
Küləkli gündə çay sahilində dayanmışam,
qaynayan köpüklər və tərpəşən çınqıllar ağardıb rəngini.
Yadımdadı: o palıdda əbədiyyətlə təmas üçün
biz, çayqırağının qoçaqları adlarımızı cızmışdıq bıçaqla gövdəsinə.
Yaxınlaşıram ağaca. Sağalmış kəsik yerlərindən
lovğa-lovğa boylanır yazılar.
Birdən anlayıram: şöhrət azarı deyil bu —
yoldaşlığı, dostluğu möhkəmləndirmək cəhdidi. Sadəlövhcəsinə.
...Çayın dalğalarısa qıvrım-qıvrım köpüyü yorulub-usanmadan
rəndə yonqarı aparan kimi elə hey qovur, qovur...