Nə bu xiyar çubuğu, nə cücü tutan o tor...

* * *

Nə bu xiyar çubuğu, nə cücü tutan o tor,
Nə kolluqda qurumuş cırcırama bədəni
Sehrli çubuq deyil, kamandır-gözləri kor,
Çaşdıran bir mərəzdir dəli Paqanini.

İstixana bətnində, dəm peyin dumanında
Çox qəliz melodiya qırıq-qırıq səslənir.
Dönüb başa dolanır, təkrarlanır durmadan,
O mavi çadrasını Yerin dəlmək istəyir.

Göylə Yer arasında yarımaydın bir Sirr var.
Ağalıq və şıltaqlıq təzahürüdür qalır.
Əzabı, musiqini — fani, dünyəvi qılar,
Kapriççio formasında — canlıdır, nəfəs alır.