Filatelist

Poçt markası, möhür mumu, yapışqandır və sair —
qəlbi filatelistin yəni elə əşyadır,
zəif led lampasının işığında birbəbir
balaca bir otaqda hamısını toz basır,

 hərçənd yox olmayacaq, bir mahir əl salıbdı
onları xeyli vaxtdı, yəni bir xeyli əvvəl
hansısa kataloqa, gizləyib saxlayıbdı
nöqsansız və ləkəsiz, ayrı bir səliqəylə.

 Yapışıb pəncərəyə qalın məxmər pərdələr,
siqaret dumanına qərq olub burda hər şey —
yorğun, gərgin gözlərin axtardığı nəsnələr
qaranlıqdan güc alır, zülmətə güvənərək,

 tütünün dumanında boşluq axtarıb, tapır,
parlaq uyğunluqların məkanı deyir ora.
Mövzu nədir, obraz nə? Əlaqə ortadadır,
qarışıq səbəblərin təsirləri var bura.

 Markaların əksi də bir misra ovqatıyla,
kənarda sıralanıb xəfif qızılı zərlər
klyasserin ən geniş — folio formatında
səliqəylə ard-arda düzülüb şəkilciklər.

 Soyuqqanlı sükutda parlayır yenə maqqaş,
gəzinir ehtiyatla öz eyham dünyasında
və bütün parovozlar, portretlər, çiçək, daş
diri sayılmamalı birlikdə olsalar da —
.
həyat başqadır, başqa. Orijinal fərqlidir.
Filatelistin işi xəfiyyə əməyidir, izə düşüb yol açar,
o hər oxşarı tapar, onu qorxutmaz bu iş,
dərd deyil kataloqda boşluq, yəni bir boş yer.