Kədərli adamlar
Bəlaya baxsana!
Kədərli adamlar gəldilər bizim bayrama,
kədərli adamlar.
Deyindilər, danışdılar, dedilər ki,
bayram hara, siz hara?!
Yorğun, əzgin üzlü, kədərli adamlar,
baxışları sərxoş.
Gəldilər, qaş-qabaq salladılar:
“Şənlik hara, siz hara?!
Bizə bu heç deyil xoş!
Sevinə bilmirik sevincinizə, qanımız qaradır,
darıxırıq, tikan üstəyik!”
Kədərli adamlar bir məna görmürlər, belədir,
neyləyə bilərik!
Gəzib tapdadılar aləmi çimçəşən ədayla
baxıb tüpürdülər hər yana,
ağız əydilər, barmaq tuşladılar işarəylə:
o tərəfə, ya bu yana?
Əsnədilər, çeynədilər... Tərlədilər, tövşüdülər,
deyindilər: nə o düzdür, nə bu düzdür.
— Düz oynamamışıq, düz oxumamışıq, — dedilər,
düz hazırlaşmamışıq, gör heç sözdür!
Dünya yaxşı yer deyil, hanı, varmı möcüzə?
Qapırlar, sancırlar onlar nəyi görsələr,
bürüşmüş, qaş-qabaqlı kədərli üzləriylə.
Bəsdir, kifayətdir,
qurtarın,
yetər!
Onlar üçün qədəhlər, tabaqlar da o deyil,
nə güllər xoşa gəlir, nə quşlar, nə də təam.
Kədərli adamlar söyə-söyə gedirlər...
Bayram davam edir, uzanır bayram!