Darıxıram! Darıxıram! Külək, bir də yarpaqlar...
* * *
Darıxıram! Darıxıram! Külək, bir də yarpaqlar...
Gözlərimdən yuxu qaçıb... Necə darıxmayasan?
Yağış da ki yağmaq bilmir niyəsə bu aralar,
gecələri yaradıblar gərək hökmən yatasan.
Qeyb olublar, axı niyə görünsünlər gecələr,
göy üzündə buludların işi bizdən asandı.
Nə soruşsaq, cavab gəlməz, ah bu vecsiz necələr,
biz adamıq, biz susuruq, halımız nigaranlıq.