Tünd rənglə

Pol Qogen albomunun kənarında


 Deyək ki, çərşənbə, cümə, ya şənbə,
Ya elə şənbədən keçən gecədi.
Bir kəlmə yazılmır. Ay da ki göydə —
Dəqiqdir! — sapsarı sərsəmləmədi.

 Təlmudun nə xeyri şeirə, bir düşün.
Necə işıq salır əlvan rəsmlər —
Gör “Varvar nağılı” və “İlahi gün” —
Onları yaddaşdan kim silə bilər?

 Avropaya uçur qul istəkləri,
Kölə xəyalları kasıb daxmadan.
Ulduz fallarını alt-üst eləyir
Göyə qucaq açan kətan hər zaman.

 Maori görkəmli qall ürəyində
Əsmər azyaşlılar, porno atəşi.
Qürub Günəşinin qanı üzündən
Budaqlar yaşıldan olur həbəşi.

 İndicə üzəcək mənsiz qayıqlar,
Burda — cümə günü, ordasa — dəniz.
Xərçənglər, yengəclər, yodlu günorta...
O tünd boyaları görəcəksiniz.

 İndicə, ey rəssam, eşidəcəm mən,
Həyat-ölüm neyi nə nəğmə çalır,
Qorxu çiliklənir bircə zərbədən-
Sonuncu nağıl da haqqını alır.

 İndicə, bu şeirə bədən toxuyub
Bayağı qafiyə, qorxaq ağıyla,
Ölümcül sirkinə sənin söz qoşub,
Gorbagor edəcəm qalan sözləri.