Dünyada bu gün
İyunun 22-də nizamlı çərgələriylə
şanlı alman ordusu
ərazi bütövlüyünü öz çəkmələriylə tapdayaraq
rus torpağı adlandırılan
yerlərə daxil oldu.
Rus ordusu namərdcəsinə müqavimət göstərir.
Rusları qan tökməkdən çəkinməyə çağırır
beynəlxalq ictimaiyyət.
Rus təcavüzünü qınayır
Birləşmiş Ştatların Prezidenti.
Moskvaya toplaşır ruslar.
Müstəqil Sibirin silahlı dəstələri.
Moskva ətrafında alman soyqırımı,
Stalinqrad ətrafında alman soyqırımı.
Suvorovun və Kutuzovun təhvil verilməsini
tələb edir Haaqa tribunalı.
Holland Birinci Pyotru qəddarcasına təqib edir
dostluq məqsədilə narıncı Ukraynaya səfərə gələn
isveç kralı XII Karlı.
Gürcüstan prezidenti Reyxstaq üzərində
Qələbə bayrağını qaldırmağı qadağan edib serjant Kantariyaya.
Reklam:
Qərb dəyərləri. Şərq sirniyyatı.
İnsan hüquqları. Ailə öhdəliyi.
Avropa təhlükəsizliyi. Asiya qripi.
Avstraliya aborigenləri. Afrika fili.