Xoşbəxtlikdi, üzürdüm mən Okada, Okada...
* * *
Xoşbəxtlikdi, üzürdüm mən Okada, Okada,
Kiçik çay gəmisində qaranlıq gecə, gecə.
Elə oxuyurdu ki, bülbüllər çay boyunca,
Elə bil nağıl idi, elə bil “min bir gecə”.
Bilmirdim, ola bilər, bilmirdim, e bilmirdim,
Sanırdım uydurmadı, o vaxtacan sanırdım
Yalnız şair sözündə yalan vardır, dinmirdim —
Gerçəkdimı, ilahi, cəh-cəh xoru quşların?
Həmin o vaxta qədər... yəqin o vaxtdan sonra
Sarsılıb anladım mən, inandım birdəfəlik
Vardır o biri dünya, vardır bizdən kənarda,
Çoxlu aləmlər vardır, hərəsi min ölkəlik.
Arxasından duyurdum qırıq sözlər, səs-səda
Qumsala saçaq atmış qalın, sıx söyüdlüyün.
Qulağa çatmamışdan kəsilirdi yarıda
Şirin qadın gülüşü, batıq səs boğulurdu.
Qaranlıqtək boğuqdu yəni kişinin səsi,
Qadının gülüşməsi gündüzkündən sirliydi.
Mən də bu yer üzünün bir hiss mütəxəssisi
Bu dili mələklərdən daha yaxşı bilirdim.
Düzü, xatırlamıram neçənci ildi onda,
Kimi unutmaq idi bu səfərdə niyyətim?
Kiçik çay gəmisiydi — adı çıxıb yadımdan,
Bilmirəm ki, bəlkə də “Bəstəkar Skryabin”?
Hə, uzun oturacaq var idi göyərtədə,
Deyəsən sərnişinlər, unutmuşam lap düzü.
Yalnız bülbül cəh-cəhi, bülbül cəh-cəhi, bir də,
Bir də dilsiz şimşəklər, gecənin aydın üzü.