Ağuşunda polad əsrin...

* * *

 Ağuşunda polad əsrin
Nəfəs ilə qızınmadım,
Salyerinin nəsibini
Biganələrə qısqandım.

 Yoxluq kimi bəyaz sapla
Bərkidib solğun çələngi,
Fəhm dolu bir insafla
Duydum suçsuz səsi, rəngi.

 Səpələnib çölə-düzə
Çiçəklərdə tapır arı,
Axşamüstü çıxır üzə
O ecazkar mahnıları.

 Can üşüdən tamburlardı,
Tənha, kiçik stansiyalar,
Dostum qədim kitablardı,
Yaşayıram asta-asta.

 Gözüyaşlı qonaq gəlir
Uzaqlardan bir səhəri,
Köşkdə tünd pivə gillədir
İxtiyar, qozbel Salyeri.