Hara gedirsən, hara... Arabada körpəni...

* * *

Hara gedirsən, hara... Arabada körpəni,
tabutu daşıyırlar küçədəki adamlar.
Deyirlər, yadigardır, götür bu xatirəni,
bu sənət əsərinə qarışıbdı mazut, qar.

Yaxşı adamlardılar, qəlblərinə dəyməyim,
təşəkkür, söz verirəm, divarımdan asacam.
Elə ilk imkandaca mən qaçmaq istəyirdim,
əcəbdi, neçənci çay içirəm, oturmuşam.

Qonaq etdilər səni bu dünyada tütünə,
əskiylə də örtdülər, susmadı zəngli saat.
Nəfəsli orkestr də əl qatmışdı özünə,
sən üzüdönükləri iynələyirdin rahat.

Hara gedirsən, hara... Pak deyil yolun sənin.
Göydən asılıb tabut, dayanacaq araba.
“Zəncirli it deyilsən, halqasısan zəncirin” —
belə deyib heyrətdən fit çalacaq axırda.