Batı xanın kitabxanasından...

* * *

  Batı xanın kitabxanasından,
    yurdların saxlancından qalan —
Yazısı pünhan, tutumu azman,
    otu zəqqutun çöllərin kitabları —
hamısı çürüyüb, gömülüb,
    qarışıb qara düzəngahda
Rus, mordov və əlbəttə, monqol
    döyüşçülərinin sümüklərinə
Suları aram Donun yaxınlığında.
Lakin nəğmə oxuyan ağaclar böyüyüb
    ölüm tarlasında
Və ucalıblar çürüntü üzərində təntənə ilə.