Həyat
Təbəssümlə üzümdən
Silirəm göz yaşımı —
Azar, tənbəllik denən
Kimin yar-yaraşığı?
İstəyirəm — gücüm yox,
Gücüm olanda — istək.
Calanır günlər — ha çox,
Ömürsə ələk-vələk.
Tənbəllik et, eləmə,
Xəstələnmə, xəstələn.
Ömür elə sən demə
Üstünmüş hər əməldən.
O bir yeldir ki, qəfil,
Yıxır kətili yerə.
O mənim nitqimdi — dil,
Onun hərəkətiyəm.
Silirəm göz yaşımı —
Azar, tənbəllik denən
Kimin yar-yaraşığı?
İstəyirəm — gücüm yox,
Gücüm olanda — istək.
Calanır günlər — ha çox,
Ömürsə ələk-vələk.
Tənbəllik et, eləmə,
Xəstələnmə, xəstələn.
Ömür elə sən demə
Üstünmüş hər əməldən.
O bir yeldir ki, qəfil,
Yıxır kətili yerə.
O mənim nitqimdi — dil,
Onun hərəkətiyəm.





