Qustav Kurbenin “a Dağlardaki koma” əsərini xatirlayarkən

* * *

Nə o buludu unutmaq,
Nə daxmasını Kurbenin.
Sakit muzey var ağlında,
Axışı həzin qüssənin-
Süzülür fənər altında.

 Kurbenin bu komasında,
Ömrünə ömür qatasan,
Yaşayasan yuvasında,
Taleyə söz calayasan,
Çapasan ilham atında.

 Görəsən necə söndürür
Axşamlar Xaliq işığı?
“Dağda göz-gözü görürmü,
Kim görür o qaranlığı?” —
Pıçıltıyla soruşasan.

 Küləyin səy söhbətini
Dinləyəsən şərab içib —
Bu əsərin hikmətini
Anlayasan bir az içib
Qaranlığa qarışasan.

 Görəsən çaydan oxuyur
Yenə də fitin diliylə,
Hər kəlməni, sözü duyur,
Dad qatır öz fit elmiylə,
Sən də səslə barışasan.

 O rəssam kimi kətanda
Ömrü şeirdə görəsən,
Eləcə durub kənarda
Ustadca mürgü döyəsən,
Sən də, sən də öz vaxtında.