Almaz səpələnmiş göyüzü(1)

Otuz üç qeyddən ibarət
P. S.-li ədəbi hekayə

                                                     We would like to commission a short story from you to be inspired by the
                                                     quotes from Checkhov that are attached to this letter. We do not expect
                                                     you to write in the style of Сhekhov, just to use these ideas as inspiration
                                                     for your own. / Sizdən Çexovun bu məktuba əlavə edilən sitatlarından ilham
                                                     alınaraq yazılan bir hekayə istərdik. Çexov üslubunda yazmağınızı gözləmirik,
                                                     sadəcə bu fikirlərdən öz yazılarınız üçün ilham kimi istifadə edin.

                                                                                    Yazıçı Qdovun xaricdən aldığı məktubdan fraqment.
                                                                         Müəllifin yuxarı kurs tələbələri üçün lüğət ilə etdiyi tərcümə.

                                                     Hər cür iyrəncliyi edib, sonra hönkür-hönkür ağlayan adama neyləmək istəyirsən?

                                                                                                                               Аnton Pavloviç Çexov(2)

M-me R. O. Aromat krujevalı dəsmalı sağ gözünün nəmlənmiş sol küncünə sıxaraq, düz otuz üç il əvvəl ikimiz də Şimal Buzlu okeanına tökülən böyük Sibir çayı E.-nin sahilində yerləşən K. şəhərinin sakini olarkən onu tərk etdiyim üçün məni sinxron tərzdə qınadı.

— Necə oldu ki, o vaxt sənin əclaf olduğunu dərhal başa düşmədim, — o dedi. — Yalnız alçağın biri mənə yola salındığı ünvan göstərilməyən belə həyasız vida məktubu göndərə bilərdi. Sevgi məktubunda da: “cavaba marka əlavə edirəm”.

— Bu... bilirsən də, qızlıq hormonları ilə bağlıdır. Sən yaxınlıq istəyirdin, mən də elədim, niyə də olmasın? Sən özün yaxşı idin, niyə otağıma diri xoruz buraxdın? — bu yeni rus xanımın bir dəqiqəlik kiçik minorunun keçməsini, yenidən şən, rahat və enerjili olacağını səbrlə gözləyərək, dinc etiraz etdim>. Məsələ burasındadır ki, biz artıq Rozaliya Osipovnanın barından bahalı “Russkiy standart” arağı içmişdik. O, Amerikada öyrəndiyi kimi, arağı portağal şirəsi ilə qarışdıraraq, büllür stəkanların hərəsinə iki buz kubu əlavə etmişdi. Mən duzlu xiyarla sadəcə yarım stəkan atdım. >Rozaliya Osipovna Aromat bu illər ərzində xiyar şorabası qoymaq sənətini mənimsəmişdi, amma əvvəllər Sibirin karst mağaralarındakı yeraltı göllərində akvalanqla pul müqbilində sevişməkdən və üzməkdən başqa heç nə bacarmırdı.> O zaman Rozaliya Osipovna sadiq komsomolçu, idmançı və üzgüçü idi. Onu elə indiki kimi Roza çağırırdılar, amma soyadı tamam başqa idi, indi heç cür xatırlaya bilmirəm. Ya Kukuşkina idi, ya da Xristanyuk(3).> Yaddaşım artıq zəifləyib: skleroz, duz yığınları, podaqra, yüksək qan təzyiqi, qastrit, prostatit, zvizdets(4).

— Tozlu yol, sonra da kollar,
Bir az gözlə, sən də dincini al,

— yersiz oxudum.

— Nə? — Rozaliya Osipovna təəccübləndi.

— Bu, şair Mixail Lermontovun(5) ya Götedən, ya da Heynedən götürdüyü fikirdir. Henrix Heynedən. Rus şairi Lermontov əslən şotland, almanların Heynesi isə yəhudi idi. Puşkin — efiopiyalı, Turgenev — tatar, Leskov — ingilis, Dostoyevski — polyak, Çexov, təbii ki, çex idi. Bütün ölkələrin proletarları, birləşin, — izah etdim.

— Sənin kim olduğunu isə hələ də başa düşə bilməmişəm, — o, diqqətlə mənə baxdı.

— Mən? Böyük işlər görməyə qadir sadə və intellektual rus gənci. Ən çox hər hansı yeni və parıltılı bir jurnalın mədəniyyət şöbəsinə rəhbərlik etməyi bacararam. Siyasətdən kənar, ortabab reklamı və pornoqrafiya səviyyəsində erotik şəkilləri olan. Ayda 2500 dollar maaşa.

— Bəs bunu istəmirsən? — o, nalayiq, lakin gözəl və bir qədər də ehtiraslı jest ­etdi.

O bu illər ərzində çox da dəyişməmişdi. Gənclikdən idmanla məşğul olmaq, sonra isə düzgün həyat tərzi sürmək, düzgün qidalanmaq bu imiş. Əvvəlki tək arıq, incə, pişik kimi. Bir sözlə, pişik.

Atası Osip Pinxasoviç Aromat Vitebskdə kasıb şirniyyatçı ailəsində anadan olub. Savadsız olsa da, hər şeyə ağlı ilə nail olmuşdu. İçindəki köləliyi damla-damla çıxararaq, inqilabçılara qoşulmuş, Mark Şagal ilə tanış olmuş, ÇK-da xidmət etmiş, inamlı karyera qurmuşdu.> 1950-ci ildə kosmopolitizmə qarşı mübarizənin qızğın vaxtında həmkarları onu güllələməsəydi, şübhəsiz ki, Moskvadakı Novodeviçi qəbiristanlığında, tutaq ki, Xruşşovun, ya da Kaqanoviçin yanında dəfn ediləcəkdi.

Soyadı ya Kukuşkina, ya da Xristanyuk olan anası Nadejda da meşşan və inqilabçı idi. Ancaq onu inqilaba sevgi gətirmişdi.

Məsələ burasındadır ki, o, Maksim Qorki i mütəmadi çağırılan terminatora(6) vurulduğunu bilsəydilə dostluq edən, bəzən kefli başla inqilaba pul yardımı edən, böyük sənətkar Stanislavskiyə sponsorluq edən, amma özü Moskvanın Malaya Dmitrovka küçəsindəki nəhəng sarayda həm fiziki, həm də mənəvi mənada son dərəcə pozğun həyat tərzi keçirən bir moskvalı dekadent tacirin evində qulluqçuluq edirdi. Son dərəcə şorgöz olan, bir yubkanı buraxmayan bu adam eyni zamanda Çexovun zəhmətkeş və kriminal rus xalqının ağır taleyini tərənnüm etmək üçün etdiyi məşhur Saxalin səfərindən əvvəl bu evdə qalmasıyla fəxr edirdi. O, qulluqçuya cumur, vanna otağında onu güdür, adi cinsi əlaqə müqabilində yaxşı pul təklif etdiyi halda niyə buna razılaşmadığını qətiyyən anlamırdı. Pulun və arağın qudurdub ağıldan etdiyi burjuy> başa düşmürdü ki, dünyada təkcə şəhvət yox, həm də həqiqi sevgi var.> Qulluqçusu Nadyanın onun çirkli evini basmış tarakan və taxtabitiləri qırmaq üçün müt>əmadi çağırılan terminatora(6)> vurulduğunu bilsəydi, buna ancaq ikrahla şaqqanaq çəkib gülərdi. Vaxt keçdi və tacirin evindən daim> mexaniki piano sədaları yüksəldi, həyat səs-küylü, əyləncəli oldu, amma əsl xoşbəxtlik yox idi və o, Nitsa şəhərində özünü asdı (yaxud bolşeviklər onu asdılar, belə bir versiya da var).> Özünü asmamışdan qabaq dostu Maksimin gənclik illərində yazdığı qrafoman şeirindən götürdüyü sitatdan ibarət qəribə bir namə yazdı: “Əlvida, mən yelkənləri qaldırdım, ah çəkərək sükan arxasından qalxdım”. Ancaq onda hələ sağ idi. Bir dəfə qulluqçu Nadya tarakanöldürən Osiplə cinsi əlaqədən sonra dincələrkən qəfil proletar dözümsüzlüyü ona üstün gəldi və dedi: “Gəl bu piyli donuzu zookumarinlə(7) zəhərləyib cəhənnəmə vasil edək, bu gün ona ət jelesi hazırlayacaqlar, mən ona istənilən qədər zəhər tökə bilərəm”. Gizli inqilabçı və gələcək çekist Osip Aromat sərt şəkildə başını buladı: “Yox, Nadyuşa, inqilabı təmiz əllərlə etmək lazımdır. Düşünürəm ki, bu əclaf tezliklə özü öləcək. Dərhal ölməsə də, bütün istismarçı sinif kimi məhvə məhkum olacaq”. Doğrudan da elə o cür oldu.

— Baxsana, sən dünyanın həyəcan və qayğıları arasında özünü tam qoruya bildin. Kommunizm dağıldı, SSRİ-ni buraxdılar, terrorçular bizi sərsəm solçu ziyalıların mərhəməti ilə hər gün havaya uçururlar.> Amma sən daha da gözəl olmusan. Etiraf edim ki, əvvəllər bir az çirkin idin, eynək taxırdın. İndi kontakt linzalarınız var? — Soruşdum.

— Linzadır, — o öz aləmindən ayrılmadan qısaca cavab verdi.

Rozaliya Osipovna yenidənqurmadan sonrakı dövrdə(8) İsraildə, İtaliyada, İngiltərədə, Fransada, Amerikada yaşamış, ancaq heç biri xoşuna gəlməmişdi. İndi o, dəlicəsinə sevdiyi vətəninə bir vaxtlar SSRİ-dən qərbə apardığı məşhur rus-fransız avanqard rəssamın dul arvadı kimi qayıtmışdı.> Bundan əvvəl öz orijinal soyadını bərpa edərək axmaq bolşeviklərə sübut etmişdi ki, keçmiş Kukuşkina (yaxud Xristanyuk), hazırda isə sionist Aromatdır və öz tarixi vətəninə mühacirət etmək hüququna malikdir.> O, mitinqlərdə, piketlərdə iştirak etmiş, hakimiyyətin üzünə cəsarətlə “Gecə-gündüz “xalqımı buraxın” deməkdən yorulmayacağam!” şüarını qışqırmışdı. “Sovok”da(9) rəssamı, təbii ki, qəbul etməmişdilər. O, iki dəfə psixiatriya xəstəxanasında yatmışdı və bədxahlarının dediyinə görə, bu heç də səbəbsiz deyildi. O, böyük ekssentrik idi. İlk nikah gecəsi yatağa mələfə əvəzinə çirkli ziyafə>t süfrəsi sərilməsinə göstəriş vermişdi və ölümündən xeyli əvvəl köhnə Berre-les-Alp şəhərindəki dəbdəbəli villalarında hər gün nahar edərkən >arvadını monastıra gedəcəyi ilə qorxudur, arvadı bu başıxarabın bütün var-dövlətini həmin monastıra vəsiyyət edəcəyindən qorxaraq ağlayırdı. Bəzən Rozaliya Osipovna onun çox güman ki, gizli homoseksualist olduğunu düşünür və buna görə daha acı-acı ağlayırdı. Dünyada hər şeyin sonu gəlir. İndi onun əsərlərinin qiyməti milyonlarla ölçülür, Rozaliya isə yenidən vətəndədir. Yenidən salam, vətən! Salam əziz paytaxt Moskva!

— Hər halda o vaxt niyə mənimlə evlənmədin? — Rozaliya Osipovna birbaşa və hirslə soruşdu.

— Özün fikirləş, sən axı indi-indi ayaq üstə möhkəm dayanmağa başlayırsan. Onda poetik bir nikah mərasimi olacaqdı, ondan sonra da uşaq olduq, axmaqlıq etdik-filan! — zarafata salmağa çalışdım.

— Uşaq nədir? — Rozaliya Osipovna başa düşmədi.

— Obrazlı desək, sən və mən.

— Bəs axmaqlar kimdir?

— O da biz.

Rozaliya Osipovna gülümsədi və ləng hərəkətlə mentollu “Vogue” siqaretini yandırdı.

— Yox, sən axı “axmaq axmaqdır, amma sabun yemir” rus atalar sözünün aid edildiyi adamlardansan.

— Bu yaxınlarda budeyimin başqa bir versiyasını eşitdim: “Kor kordur, amma sabun yemir”, — dedim.

— Odur ki deyirəm, sən əclafsan. Sən yaxşı bilirdin ki, mən “xalq düşmənlərinin” uşaqları üçün olan uşaq evində böyümüşəm, orada hamı mənə sataşırdı. Hətta Traxtenbauer adlı balaca oğlan, mütaliəli əclaf, yapon casusunun oğlu mənə heç vaxt ərə getməyəcəyimi demişdi. Tez-tez qarnım ağrıyır, ishal olurdum, onda o, üzünü qaşqabaqla turşudaraq kimdənsə sitat gətirirdi: “Gənc xanıma gənəgərçə>k yağı ilə sataşdılar, buna görə də ərə getmədi”. Buna baxmayaraq, mənə qarşı alçaqlıq etdin, qaçıb gizləndin. Ruslar çox qəddar adamlardır, o cümlədən sən də! Çeçenlər sizi havaya uçurmaqda düz edirlər.

— Ay səni, qancıq! — Qışqırdım. Bizi düz edib partladırlar, eləmi? Bəs İsraildə, İspaniyada, Dünya Ticarət Mərkəzində, Nord-Ostda niyə partlayışlar oldu? Şimali Osetiyada terrorçular məktəbliləri niyə güllələdilər? Traxtenbauer, səncə, rusdur? Osetin uşaqları da rusdur? Məsələn, mənim ata-babalarım ket olublar. Sən bu milləti tanıyırsan? Sibirin yerli əhalisi olan ketlər və ya Yenisey ostyakları, qohum olduğumuz Amerika hindularından daha çox olublar, ancaq indi mən də daxil 1204 nəfər qalmışıq.> Bəli, mən axmaq olmuşam, amma indi ağıllanmışam və inanıram ki, Rusiyada ruslar ya hər kəs deməkdir, ya da heç kəs. Yaşamaq istəyən bütün ağıllı insanlar idealları naminə tezbazar ölməkdənsə, sülh içində yaşamalıdırlar.

— Hirslənmə, əzizim, — o, sərt barmağı ilə yanan qulağıma yavaşca toxundu. — Mən hələ ki Əhməd Zakayevin himayədarı Vanessa Redqreyv deyiləm. Boynuma alıram ki, səhv etdim, buna görə tanrı cəzamı verəcək. Üzr istəyirəm, qadın özündən çıxanda ağzına gələni danışa bilər. Mənsə həmişə qadın olmuşam və olaraq da qalıram, — o, nümayişkaranə bəyan etdi.

— Bunu danan yoxdur, — donqudandm. — Ancaq qonşum, əyyaş pinəçi Lazar Pafnutiç arvadı maaşını əlindən aldığına görə özündən çıxanda həmişə əsəbi halda qışqırırdı: “Evlənəndən sonra arvad oldum!” Amma mən arvad olmadım! Sən bilən, niyə?

— Buna çox əminsənsə, səbəbini özün de, — o gülümsədi.

— Nəyə?

— Arvad olmadığına. Axı sənin isterika mexanizmin adətən qadınsayağı olur, mübahisə etmə, bu illər ərzində mən yaxşı psixoloq olmuşam.

— Sənin pulllarınla kim istəsən olmaq olar, — kobudluq etdim. — Mən səninlə evlənmədiyim üçün arvad olmadım. Yeri gəlmişkən, mən hələ də evli deyiləm.

— Sən, misal üçün məhz ona görə evli deyilsən ki, sonuncu arvadın dözülməz xarakterinə dözmək istəmədiyinə görə səni evdən qovub. Elə bilmə ki, ehtimal olunan gələcək xidmətçim olaraq haqqında məlumat toplamışam.

— Zəhmətkeş xalıq incitməyi kapitalistlərdən tez öyrənmisiniz, — dedim.

— Biz, yəni kim?

— Yeni ruslar.

— Ancaq mən yəhudiyəm, — o güldü.

— Biri digərinə mane olmur, — qaşqabağımı salladım.

Çünki söhbət tamamilə dalana dirənmişdi və işlərim pis idi. “Qeyri-qanuni repressiyaya məruz qalan” qoca bolşeviklərin gec doğulmuş uşağı. Yetim. Komsomolçu. Akvalanqla çörəkpulu qazanan Selfmadevoman. Dissident. Mühacir. Varlı qadın. Şimal Buzlu Okeanına tökülən böyük Sibir çayı E.-nin sahilindəki K. şəhərində yaşayarkən onunla necə də şən və mədəni şəkildə sevişirdik! Hər ikimiz yaşayırdıq. O, Pedaqoji İnstitutun tələbə yataqxanasında, mən də firavan, obıvatel, həyatları boyu hər şeydən qorxan, gənc qalmaqallı nitqlərimə qulaq asıb çal başlarını bulayan (“Az boşboğazlıq elə, səni qandallayacaqlar, bizi də zibilə salacaqsan”(10)) deyən sovet valideynlərimdən miras qalmış nəhəng kitabxanası olan isti mənzildə.

Onları da mənzilim və vətənim kimi itirdim. Çünki SSRİ mənim vətənimdi! I was born in USSR(11). İndi yuxarıda saydıqlarımın heç biri yoxdur, ancaq qocalıq və Rozalia Osipovna Aromat var. Ah, səhər tezdən, bütün sovet zəhmətkeşləri kommunizm qurmaq üçün işə gedəndə BUNU mənim eyvanımda etməyi necə də xoşlayırdıq!

— Açarımın həmişə xalçanın altında olmasından istifadə edib, niyə otağıma diri xoruz buraxdın? — yenə yadıma düşdü.

— Yataqxananın qızlarıyla düşündük ki, zarafatımızı başa düşəcəksən. Bazardan xoruz oğurladıq və fikirləşdik ki, evə gələndə diri xoruz görməyin çox gülməli olacaq.

— Diriliyi uzun sürmədi, — cavab verdim.

— Necə yəni uzun sürmədi? — o, gözlərini bərəltdi.

— Yəni onu kəsib, qazanda bişirdim və yedim

— Niyə?

— Niyə yox, nə səbəbə. Əsəbimdən. O səbəbə ki, — oxudum, — “bütün günü musiqi çalır, sevgimiz uzanırdı”(12). Ona görə ki, kommunistlərdən zəhləm gedirdi, ancaq yenə də sovet yazıçısı olmaq istəyirdim. O səbəbdən ki, “biz hələ də göyüzünü almazlar içində görəcəyik” axmaq ifadəsinə nifrət edirdim. Əgər xoruzu yeməsəydim, sən məni aşıracaqdın. Eynilə öz rəssamın kimi.

— Sarsaq. Axmaq və əclaf.

O yenə krujevalı dəsmalını nəmlənmiş gözünə sıxdı, amma bu dəfə sağa. Mənsə onu özümə sıxdım. Ondan çox zəif ətir qoxusu gəlirdi. Hər ikimiz şirin-şirin mürgüləməyə başladıq. Moskvada siyasətdən kənar, ortabab reklamı və pornoqrafiya səviyyəsində erotik şəkilləri olan parlaq jurnal açan nəşriyyat biznesinin akulası Rozalia Osipovna Aromat! Rozalia Osipovna, sən çox gözəlsən. Mən səni sevirəm. Mən səni, Roza Kukuşkina (yaxud Xristanyuk), bütün həyatım boyu sevmişəm, oğraşdı yalan deyən>!

O sanki mənim qeyri-iradi fikirlərimi təxmin edirdi.

— Mən də səni həmişə sevmişəm, — gözlərini yumub çətinliklə dedi. Amma sonra sakitcə əlavə etdi: — Ancaq səni jurnalımda işə götürməyəcəyəm. Hirslənmə, əzizim, qorxuram, çox çətinlik çəkəsən.

O yenə gözəl, lakin nalayiq jest etdi. Mən özümü itirdim. Moskvada qaranlıq qatılaşdı, yalnız Kremlin parlaq ulduzları yanırdı. Ətrafda vəhşi kapitalizm şənlik edirdi, amma mənim artıq vecimə deyildi.

— Biz hələ almaz səpələnmiş göyüzünü görəcəyik, — dedim.

P. S. Bu ədəbi hekayəni yazandan sonra ədib Qdovun tərcüməçi üçün tərtib etdiyi qeydləri

(1) Çexovun “Vanya dayı” pyesinin finalından sitat.

(2) A. P. Çexov. Qeyd dəftərçəsi II. Əsərlər və məktubların tam küliyyatı, otuz cilddə. C. 17, səh. 51. Moskva, 1980, “Nauka” nəşriyyatı.> Çexov bütün digər ifadələri >qara şriftlə yazılıb və eyni nəşrdən sitat gətirilib.> Çexovun qeyd dəftərlərindən götürülən doqquz ifadəyə onuncunu əlavə etdim.> Mexaniki piano ifadəsi də Nikita Mixalkovun eyni adlı gənc filmindən yox, həmin dəftərçələrdən götürülüb.

(3) Sadə rus və ukraynalı soyadları.

(4) Son, final. Son dərəcə kobud. Bu nalayiq söz hekayə qəhrəmanının xəstəliklərinin siyahısına qəsdən absurd şəkildə başçılıq edir.

(5) Lermontovun şeirindən təhrif olunmuş sitat.

(6) Şvartseneggerin oynadığı məşhur Amerika filminə bənzətmə.

(7) Gəmiriciləri məhv etmək üçün zəhər.

(8) 1991-ci ildən sonra.

(9) SSRİ-nin alçaldıcı adı.

(10) Sibir xalq deyimi>.

(11) Amerikanın məşhur “I was born in USA”. vətənpərvərlik mahnısına bənzətmə.

(12) Bulat Okudcavanın məşhur mahnısından qeyri-dəqiq sitat.