Avqustun sonu

avqustun son günləri
məktəb öncəsi
ağ köynəyi
xatırlayırsan
qardaşının bağışladığı
qırmızı qalstuku
qovluğundakı almanın ətrini
hesab üçün dama-dama
hərflər üçün xətt-xətt
dəftər vərəqlərinin bəyazlığını
yayda oxuduğun dərslikləri
coğrafiya atlasında
uzaq ölkələrə səyahətini
soyuq sularda
fizika qanunlarını anladığını
közdəki kartofun qoxusunu
ocağın tüstüsünü
tətilə gəlmiş moskvalı qızın
anatomiyanın 10-da keçildiyini deməsini
təəccübünü
avqustun son günlərini
“tezliklə payız girəcək
küçədə avqustdur” mahnısını
və bu inanılmaz pyesdə
hər şeyi
necə varsa