Allahın hər verən günü, bazar və bayramları çıxsaq
* * *
Allahın hər verən günü, bazar və bayramları çıxsaq,
heç bir xüsusi səbəb və ehtiyac olmadan,
evdən mərkəzə doğru yolçuluğa başlayırsan,
qulaq pərdəsini cırmaqlayan, dəlib keçən
dözülməz qıcırtı, xırçıltı, xırıltı, cırıltı və
dəhşətli cingiltiylə, ağlasığmaz bir sürətlə
yeraltı qatar adəti üzrə “Avtozavod” və
“Peveletski” arasındakı həmin yerdən keçib gedir,
çox yaxın olmayan tanışını xatırlayırsan —
sakit adamdı, ailəliydi, bir sözlə, aləmdi,
yaxşı badə yoldaşıydı, kitabsevərdi,
halal zəhmətlə qazanmamışdı bir qəpik belə —
Borya Qelibteri deyirəm (Allah bağışlasın!) —
İsanın mövludundan iki min dörd il sonra,
fevralda, altısında, partlayışda parçalanmışdı,
cüməydi, səkkizi otuz iki dəqiqə keçmiş,
səhərin basabas, tıxac vaxtı işə gedirmiş,
bədbəxtin ağlına gəlməzdi ki, qırx üç yaşına
əlli dörd gün qalmış hadisənin düz mərkəzində
olacaqmış, qaçılmazlıq (ah, mənasız təsadüf!),
mənimsə ağlıma gələn gah lənət və qarğışdır:
“Bu qorxunc əmri verənlərə və nə etdiyini
anlayanlara, bilənlərə nə o dünyada,
nə bu dünyada, nə soyuq məzarlarda, nə də
isti yataqlarda bir an rahatlıq olmasın,
bədənlərini, qəlblərini qoy əzab haqlasın!” —
amma fələklərin gizli sirrini, niyyətini
insanın dar ağlı bilməz və ona fənanın
gözüylə baxmaq, anlamaq mənasızdır, çünki
fani bəndənin doğuluşu da, həyatı və
ölümü də sevdiyini özünə götürən
Rəbbin əlindədir: “Xeyir-duam onlarladır!”;
gah da səksəkəli ehtimal ki, “Ümumi iş”in
düşünəri haqlıymışsa və Axirətin
vaxtı üçün dəqiq rəqəmlər lazımsa, onu
başqa düşünərin acı sözlərini təkzib edərək
burdan əxz etmək mümkündür:
Osvensimdən, QULAQ-dan, qanlı inqilablardan,
savaşlardan, Xirosima, Bağdad və Nyu Yorkdan
sonra şeir yaranacaqmı? Necə? Yəqin elə belə.