İlk oyanan mən oldum...
* * *
İlk oyanan mən oldum. Pəncərəmdə nəhəng bir Ay üzürdü. Amma bağışlayın, başa qayıdaq — hər şeyin oyanış nöqtəsinə. Pəncərə boyunca yatmış adamlar düzülüb gedir. Gördüyüm sadəcə kürək, kürək, kürəkdir. Günəş günorta yerinə çatıb ağarır. Sıraların yanından keçib üzlərə baxıram. Bədbəxtlik rəngindədir geyimləri, lakin günəşdən soluxmuş bu bədbəxtlik də iyulun sonunda şaxı sınan bağlar kimi tozludur. Kor və sısqadırlar, axıb gedirlər — nə Qızıl Ordadır bu, nə Tevton qoşunu.
Səmanın keçəli görünür, üzündən tər damcıları süzülür əriyən mum kimi. Hər şey üzür, əriyir. “Mən də yatım bəlkə”— düşünürəm, amma davam edirəm: “Ovçuya sarı yürüyən ov kimi mən də baş alıb gedim bəlkə, əzbərləyim: ...viranəliyi, despotizmi, tiranlığı”.
Səmavi çalarların ağırlığını hiss etdim və anladım ki, günah — günahsızların yuxusudur, mənim xalqıma qəzəblənən rəhimdil Tanrı deyil. Çipin içində daimi bir günah yerləşdirilib və bu doğulan günahın özü də inanır ki, bəşəriyyət Adəm və Həvvaya görə cavab verəcək, Babilə, “Homorra və Sodom”a, müharibələrə, pəncərədən kənarda mövcud olanlara, qatil şahlara, öldürülən çarlara, həmçinin, Üçüncü Reyxə, QULAQ-a, “Qazprom”a, indiki Ukraynaya, doğulduğu doğum evinə görə belə cavab verəcək. İlahi, İlahi, İlahi!
Və qışqırmaq istədim: dayandırın bu oyunu! Dünənki gün dünəndə qaldı, dərinizin altına qədər yeridilmiş günahları — atalarımızdan qalma günahları unudun! Arının, təmizlənin! Yaşayın!!!
Amma baxırdım ki, keçib gedən hər kəsin sinəsində bir dəlik var. Əlini salıb o dəlikdə barmaqlarını belə oynada bilərsən.