Yaradıcılıq
Epos dövründə
lirika yaradan,
oda dövründə
faciə yaradan,
insanlıq dövründə
insan yaradan,
xeyirxahlıq dövründə
xeyiri yaradan,
özəlləşmə dövründə
özününkünü yaradan,
hesablama dövründə
qəribəlik yaradan,
artıq yaradılmış dünyada
icazəli möcüzələr arasında
qadağan olunmuş möcüzəni
daim yaradır yaradan.
lirika yaradan,
oda dövründə
faciə yaradan,
insanlıq dövründə
insan yaradan,
xeyirxahlıq dövründə
xeyiri yaradan,
özəlləşmə dövründə
özününkünü yaradan,
hesablama dövründə
qəribəlik yaradan,
artıq yaradılmış dünyada
icazəli möcüzələr arasında
qadağan olunmuş möcüzəni
daim yaradır yaradan.





