Axı nə gündür belə bu aprelin iyirmisi?..

* * *

Axı nə gündür belə bu aprelin iyirmisi?
Yenə də qar ələyir.
Budur, yenı başlayıb qəttəzə iş həftəsi.
Biri təkcə gözləyir

durub dayanacaqda, sanki kötükdü elə,
addımlayır o biri
bağı açıq çəkmədə ağır kölgəsi ilə
və yenə qar ələyir.

Gəl dostum, biz də gedək, o tərəfdədir dükan,
və qayıdaq tez evə.
Ömür də uzanır bax, sanki saqqız, yapışqan.
Allah, sən kömək elə!

Bir ucdan yağdırırlar yepyekə sualları:
Hanı bu qar maşını?
Çaşqın gözyaşlarımız axır üzüaşağı,
qar da tutub yolları.

Yarım saat qalmışam donub dayanacaqda.
Heç olmasa bax orda,
su ayğırı çəkilmiş reklamda, açıqcada,
divardakı bilbordda

bir məna, ya gözəllik kaş ki görə biləydim —
heyvan şişirdib burnun.
O heyvana baxmağı mənə sən söyləmişdin.
Sözün qanundur, qanun.