Mən bir qədim şəhərdə kor ərəb taciriylə...
* * *
Mən bir qədim şəhərdə kor ərəb taciriylə
Qızmar Günəş altında əla bazarlıq etdim.
Dörd saat sövdələşdik, nəhayət heykəlləri —
Gümüş şiri əlindən alıb qopara bildim;
Hələ bu harasıdır, balaca qara ürək,
Arfa çalan Davudunorta boylu heykəli,
Üzərində çox sirli yazılar olan üzük,
“Oyaq göz”* ikonası və tzimtzum zəngləri**.
Bir də zinət əşyası alacağam yəqin ki,
Zəng vuraraq ağlayan bir “kukla”mda var axı.
Gətirəcəm, əlimi arxamda gizləyərək
Soruşacam sevinclə, tap görüm hansındadı?
Tapacaqsan bilirəm, cavab verməyəcəksən,
On ildir ki sənsizəm ayrılığın cəngində.
Amma belə baxanda bu da önəmli deyil.
Kaş ki orda sən yaxşı, sağlam olasan yenə.
Kaş ki sən sevinəsən baxıb hədiyyələrə,
Kaş ki olduğun yerdə məni unutmayasan...
Kaş ki mənim beləcə peyda olmağımı da
Bu gözəl bazar günü mənə bağışlayasan.
* “Oyaq göz” — ifadəyə tez-tez XII—XIII əsrlər rus kilsə ədəbiyyatında rast gəlinir. Gözləri açıq, divanda oturmuş körpə Məsihi təsvir edən ikona belə adlanır. ** Tzimtzum — yəhudilikdə “Luria Kabbalası”nda sonsuz olanın sonluya çevrilməsi ilə bağlı görüş.