Yelləncək

Sahilboyu uzun-uzun gəzinti,
Qabarması dənizin, insan seli.
Budur, “Ölü dalan”dayam mən indi —
Müəllifi çoxdandı yox atelye.

Boyaların nə qəribə görüşü,
Çalarların nə çıldırmış bir həddi —
Niqabı yox burda üzün, gülüşün,
Qəlblərin də bədən adlı yox dərdi.

Yelləncək də qıpqırmızı kəndirdə,
Oturubdu — kədərmidi yellənən?
Bir cüt boz göz, fərqlənir bir-birindən —
Kim bu qadın? İlahi, yoxsa mənəm?!

İtələnib barmağının ucuyla
Çıxacaqdır kənara çərçivədən,
Düşəcəkdir o sahilə, o suya —
Günəş orda seçilmir bənövşədən.

Orda sən də sağ-salamatsan hələ,
Mənim dəli şıltaqlığım boy vermir.
Günlər saysız, bitməz ki, versək yelə,
Dalğalar da saya gəlmir ki, gəlmir.

ავტორის სხვა ნამუშევრები

3 მუშაობს