İstefadakı polkovnik zər dişiylə bərq vurdu...

* * *

İstefadakı polkovnik zər dişiylə bərq vurdu,
Keçmiş cərrah süfrəyə aşırtdı stəkanı.
İştahalı bir qonaq göbələklə bərk vurdu,
Rəfiqələr də coşub oynadılar “kankan”ı.

“Nacins burjuy” dedilər birinə arsız-arsız,
Səbəbkar unuduldu, xatırlayan yox onu.
Məşhur artist qaçılmaz iflasından xəbərsiz
Yan evdə halsız-halsız soyunurdu paltonu.

İstefadakı polkovnik Fransada bir kapraldı,
Cərrahla artist mahud satardılar Marseldə.
Di gəl anlat: özüyçün yuxuda generaldı
Pəncərə altda yatan kirli miskin səfil də.