Astra payız çiçəklərinin ən təmizi, ən xəsisidir...
* * *
Astra payız çiçəklərinin ən təmizi, ən xəsisidir,
hədiyyəlik deyil qoxusu.
Qocalığın da qoxusu belədir, əzizim — kəskin,
və əzəmətli!
Yorğanının qırağında oturacağam,
narahat etməyəcəm, sadəcə əlini ver.
Ölüm də səssizdir — astranın naxışlı saplağı
qəhvəyi, soyuq güldanda
“sağ ol” deyib su içməyi durdurdu.





