Rusiya
Qaşlarınadək naxışlı örpək
A. Blok
Sən ağappaq əllərini çarpazlamısan xaçtək,
yaşıl xışıltı altdadır üzün ta ki qaşadək,
nə bir yaylıq qoymuşam, nə də sənə bir örpək —
beysbol papağıdı sovqat qutusundakı.
Papağın köhnələrsə, çarşab göndərəcəklər,
sadə bir qonşu payı... olan şeydi guya ki.
Çox utanacaqdı oğlun, qısılacaq abrına...
Deyəcək ki: “Bu da son, bax, gəlib çatdıq, ana”.
Addım-addım süründük, döyüşlərdə bərkidik,
dünyanın yarısını cəng ilə almış idik,
biz üstündük qılıncdan, qələmdən və kağızdan,
sözümüzü demişdik o zaman Reyxstaqda.
Səninki — yoxsulluqdu, günahdı, əsarətdi,
düşün, sən kim olmusan, sən nə üçün var idin,
dəqiq desəm, sən Yerin altıda biri idin,
həm də ki, duaları oxuyurdun, bilirdin.
Sənin iti ağlını itiriblər bilmərrə.
Söyüblər, gəzdiriblər göstərib həkimlərə.
Amma sən gəmirmisən topları, torpedanı,
qələbənin eşqinə qaldırmısan badəni.
İmkan ver, mən də içim badəni dibinəcən.
Sən altıncı deyilsən, indi təksən, təkcənə.
Gurultulu tostlarsız qalacaqsan demək ki,
nə Şərqin olacaqdır, nə Cənubun, nə Qərbin.
Daşın üstə oturaq, qoy qorxsunlar qarğalar,
bir-bir daşın üstündən qoy qalxsınlar qarğalar,
biz hökmran hikkəylə danışarıq, söyərik,
kim ki eşitməz bizi, ona tərgitdirərik.
Yaxşısı budur gəlin biz işlərdən söz açaq,
soldakı — Mammonadır, sağımızdasa Allah.
Bizi ölü sayırlar ətrafdakı adamlar,
qızlar da gülüşürlər bizə arabalardan.
Sola getsən — atəşdi, yanarsan, bax amandı,
sağa getsən, dərində boğular sənin atın.
Uzanır göylərədək, baxsana bu dumana,
gəl gedək biz göylərə, gəl gedək biz, ay ana.