Petrarka və Laura barədə yeni gerçəklər

Məktub yazır hər səhər Laura Petrarkaya
“Times New Roman”la internet-dəftərçədə
hərflər aşiq kimi keçir arxa-arxaya
yoxa çıxır məktublar

 Sonet yazır Petrarka hər axşam Lauraya
əli dəymir az qala bəyaz klaviaturaya
yoxa çıxır məktublar

 Lauranın donuna ələnir bax ləçəyi —
hərflərin göyçəyi

 Bu an ayırd eləmək
gerçəyi çətin, çətin
uzatsan toxunacaq
ən kiçiyi son əlin —
çeçələni deyirəm —
onun biləklərinə