“On iki görüş” (1949—1990) silsiləsindən
Qırx doqquzuncu il
Ürəyində ağrı varsa,
Cəsarətlə çıx dənizə.
Ayın alça ağacından
Asıldığı dəqiqədəcə.
Ürəyində ağrı varsa,
Qanlıdırsa hələ yaran
Qoy dəniz öpsün ağrını,
Sahildəcə sakit uzan.
Elə bircə bu bəs edər —
Asta-asta, ehtiyatla
Ay yetişmiş alçalardan
Sallandığı o saatda.
Göy tüstülərdə boğulur
Sahildə yaşıl ağaclar.
Niyə bizim gözümüzdə
Maviləşir bu ağaclar?
Sənə qəribə gəlməsin,
Dalğaların arasından
Bir qız da çıxsa sahilə
Otursa yanında, inan.
Nə nağıldı, o nə arzu,
O qız adi qızlar kimi
Səni oxşayıb deyəcək:
İstəmirəm vədlərini,
Söz, görənlər üçün yükdür.
Şirin sözə nə gərək var.
Sənin odlu gözlərindən
Düşüncələrin oxunar.
Cırcıramalar susacaq,
Dəniz də sakitləşəcək.
Qızın yumşaq dodaqları
Bir az da yaxın gələcək.
Başqa heç bir şey eləmə,
Ehtiyatla, çox astaca...
Ay yetişmiş alçaların
Üzərindən sallananda.
Qoy gülüşsünlər dostların,
Desinlər, şirin yuxudu,
Guya kimin yuxusunda
Belə gözəl qızlar yoxdu?
Nə fərqi kim nə düşünür,
Ya doğmalar, yadlar ya da,
Ayın alça ağacından
Sallandığı bu vaxtlarda.
Əlli üçüncü il
Qəzəbdən çırpılan qapı
Təzəcə örtülüb, amma
Ürəyim çırpınır axı,
Tələsirəm mən yanına.
Vurnuxuram ora-bura,
Bir dəcəl arzu eşqinə.
Gecə yuxumu qovuram,
Tez qovuşa bilim sənə.
Gecə ucadan çığırır,
Gecikmirsən, var e vaxta.
Qar üstündə izlər qalır,
İki iri, iki xırda.
Bizdən qalmışdı qarlı iz,
Moskvanı biz gəzirdik.
Qayğısızdı söhbətimiz,
Sonra nəsə qüssələndik.
Gülüş də çəkildi, qəm də,
İlk dəfə qovuşdu əllər.
Bu ağ qarda heç kəs hələ
Gəzməmişdi bizə qədər.
Gözləyirəm bir “hə” de, qız,
Seir tək düzülsün qarda
Sətir kimi izlərimiz —
Mənim iri, sənin xırda.
Addım-addım hesab çəkək,
Qoy qar xışıldasın, susaq.
Bizdən əvvəl burda gəzən
Heç olmayıb — qar ağappaq.
Hirslə çırpılan qapının
Çoxdan kəsilibdi səsi,
Yenə də sənin yanına
Qaçır ürəyim, tələsir.
Gecə çığırır ucadan,
Güclü qar yağıb, dayanıb.
İki iri, iki xırda —
İzlərimiz hamarlanıb.
Əlli beşinci il
Neyləsə də damdabaca
Uçuq-sökük pilləkəndə,
Yenə giriş qapısında
Bir öpüş almadım səndən.
İt kimi hürdü, uladı,
Saydı pillələri bərkdən.
Bütün girişlər bağlandı
Merzlyakovski döngəsində.
Damdabaca düşmən idi,
Min cürə kələyi vardı.
Pişikləri, xadiməni
Üstümüzə qaldırardı.
Oğlanları öyrədərdi,
Qoy lampanı yandırsınlar.
Sənin ürəyin düşərdi,
Gülərdi e, insafsızlar.
Səsindən titrəyir çardaq,
Dincəlmir heç damdabaca.
Biz əl-ələ dayanmışıq,
Söykənib yanaq-yanağa.
Əziz, qoca damdabaca,
Mən boş-bekar hərlənirəm.
Küncdə, həyət qapısında,
Yenə onu gözləyirəm.
Həmin uzaq ildəkitək
Durub köhnə meydançada
Kibritləri dişləyərək
Tullayıram həyəcandan.
Çardaqdan bir cavab gəlmir —
Bir hənir almır qulağım.
Qoca nəsə gözə dəymir,
Çox güman harasa çıxıb.
Altmış səkkizinci il
Saturnaliya bayramııında müəllifə
hədiyyə verən Klodiyaya
Yaman cəlb elədik bir-birimizi,
Bədənlər həsrət çəkirdi.
Mən romalı şair Katuldum sanki,
Sən mənim Lesbiyam idin.
Səhər də, gecə də görürdüm səni,
Açıq-açkar və xəlvətdə.
Gəlib soruşurdum: “İstəyirsənmi?”
Cavab verirdin: “Əlbəttə!”
Unutmaz yaddaşım o sığalları,
Bitmirdi sevgi arzusu.
Nurlandırırdı qarlı Romanı
Saturnaliya ulduzu.
Qopmurduq biz qızğın zəlilər kimi
Oxşayırdıq, necə də...
Gecə meyxanada yatdın içkili
Tuberinin sən yanında.
Səni döydüm, sonra dedim, bağışla,
Əzab çəkirdik doymadan.
O sonuncu “əlvida”mızda
Ehtiras vermədi aman.
Avqust idi, yayın sonuncu ayı,
Üçüncü Roma, Moskvaydı.
Boynumdan qopmurdu yenə qolların,
Elə eyni haydaydın.
Həminki tərsliklə, amansızlıqla,
Açdıq üstünü qəbirin.
Hər şey təkrarlanırdı qışqırıqla,
Blokun pyesindəki kimi.
Yenə səhər-axşam telefon dayanmır,
Nömrəni yığıram sənin.
Xəttin o üzündən cavabın yubanmır:
“Yenə istəyirəm səni”.
Yenə bayram gəlir — şən Saturnaliya,
Sərxoş qəhqəhələr, maraq.
Hələ oturmayıb qonaqlar masaya,
Hələ açılmayıb araq.
Hələ Tiberi də hardasa dolaşır,
Gələcək günün sonunda.
Yenə mənə bəxşiş vermək üçün coşur
Ürəyin, verəcək onu da...
Yetmiş üçüncü il
Biz ayrılıqda boğulmayaq deyə,
Sən Odessada yaşayacağın müddətdə
Dəyişdim yerimi Qara dənizlə.
Dəniz mürəkkəbli məmur olacaq,
Kağıztikən dəftərxana siçanı.
Dəniz vaxtında işə gedəcək,
Saat doqquz otuzda gecikmədən.
Yeraltı keçidlərdə boğulacaq,
Mənasız qonaqları qarşılayacaq.
Rəhbərliyin baxışlarından titrəyəcək,
İcazəli yerlərdə siqaret çəkəcək,
Mənim yerimə ucuz qələmlə
İmza atacaq rəsmi sənədlərə.
Mən uzanacam duzlu çınqılın üstündə,
Qara dəniz körfəzinin taxtında.
Uzaqdan da görəcəklər məni —
Baydar qapılarından, İstanbuldan.
Məni görər-görməz qaçacaqsan yanıma.
Mənim görüşümə gələcəksən ki,
Səni əzizləyim, ağuşuma alım, sənə sığal çəkim.
Ki, qəlbinə girim və sən
Mənə ərə gələsən.
Səksən birinci il
Sahil yamacından bərk yapışmışdı
Şam ağacları.
Ayrılıq dəmi gəlib çatmışdı,
Gülürdü hamı.
Uşaq tək gülürdü şam ağacları,
gözlərində yaş.
Heç kəs düşünmürdü ayrılıqları,
Yox idi təlaş!
Həvəsə uydular şam ağacları,
azdırdı şeytan,
Bir meydan qurdular şam ağacları,
rəqs üçün meydan.
Tanrı da elə bil təsəlli üçün
şənlik göndərdi.
Pasport masasında gülmədi üzün,
qadağa gəldi.
Sanki illər vardı hələ qarşıda,
sanki çox gəncdik.
Gülürdük, gülürdük elə doyunca,
Bir də gülmərik.
Səksən doqquzuncu il
Beş saatdı ki, bürküdü,
İldırım da çaxacaq yəqin.
Dördüncü qatdakı gülün
Ətri bürüyüb hər tərəfi.
Asfalt örtük də qəfildən
Güzgü kimi rəng alıb-verdi.
Kimi görsə təsadüfən,
Damaya, valetə çevirdi.
Partladı göydəki tavan,
Qudurğan yağış başladı.
Nə varsa, töküldü damdan,
Su hər şeyi yuyub apardı.
Qasırğa keçir yaxından,
Burulğanlar, ləpədöyənlər...
Qaçırsan qapıma tərəf
Ayağıyalın meydançadan.
Qapıda donub qalıram,
Ürəyim də çıxır yerindən.
Pilləkənləri qalxırsan,
Addım səsini eşidirəm.
Gəl çıx da, harda qalmısan,
Boynubükük şehli çiçəyim.
Yağış yağıb, islanmısan,
Nəmli göyqurşağım mənim.
Doxsanıncı il
Ölüb, dəniz olacağam,
Sən öz ömrünü yaşa.
Qəm eləmə, yas saxlama,
Uzun ömrü vur başa.
Zərif bir arzum var mənim,
Mavi rəngə qovuşmaq.
Sənə çıxar sahillərim,
Səni gözlərəm ancaq.
Haray çəkir dalğalarım,
Qulaq as uğultuma.
Sənsən mənim intizarım,
Həsrətinəm — unutma.
Zərif topuqların dəyir
Sahilimə astaca.
İstəyirsən köpüklərim
ayaqlarını quca.
İstəyirsən dincliyini
ağuşumda tapasan,
Yenə də əvvəlki kimi
sinəm üstə yatasan.
Baldan şirin dodaqlara
ehmalca sığal çəkim,
Sinəndəki qoşa narı,
gah öpüm, gah dişləyim.
Yorulub qayıdanda sən
evinizə görüşdən,
Yenə haray çəkəcəyəm —
məni eşidəcəksən.
Ürəyində ağrı varsa,
Cəsarətlə çıx dənizə.
Ayın alça ağacından
Asıldığı dəqiqədəcə.
Ürəyində ağrı varsa,
Qanlıdırsa hələ yaran
Qoy dəniz öpsün ağrını,
Sahildəcə sakit uzan.
Elə bircə bu bəs edər —
Asta-asta, ehtiyatla
Ay yetişmiş alçalardan
Sallandığı o saatda.
Göy tüstülərdə boğulur
Sahildə yaşıl ağaclar.
Niyə bizim gözümüzdə
Maviləşir bu ağaclar?
Sənə qəribə gəlməsin,
Dalğaların arasından
Bir qız da çıxsa sahilə
Otursa yanında, inan.
Nə nağıldı, o nə arzu,
O qız adi qızlar kimi
Səni oxşayıb deyəcək:
İstəmirəm vədlərini,
Söz, görənlər üçün yükdür.
Şirin sözə nə gərək var.
Sənin odlu gözlərindən
Düşüncələrin oxunar.
Cırcıramalar susacaq,
Dəniz də sakitləşəcək.
Qızın yumşaq dodaqları
Bir az da yaxın gələcək.
Başqa heç bir şey eləmə,
Ehtiyatla, çox astaca...
Ay yetişmiş alçaların
Üzərindən sallananda.
Qoy gülüşsünlər dostların,
Desinlər, şirin yuxudu,
Guya kimin yuxusunda
Belə gözəl qızlar yoxdu?
Nə fərqi kim nə düşünür,
Ya doğmalar, yadlar ya da,
Ayın alça ağacından
Sallandığı bu vaxtlarda.
Əlli üçüncü il
Qəzəbdən çırpılan qapı
Təzəcə örtülüb, amma
Ürəyim çırpınır axı,
Tələsirəm mən yanına.
Vurnuxuram ora-bura,
Bir dəcəl arzu eşqinə.
Gecə yuxumu qovuram,
Tez qovuşa bilim sənə.
Gecə ucadan çığırır,
Gecikmirsən, var e vaxta.
Qar üstündə izlər qalır,
İki iri, iki xırda.
Bizdən qalmışdı qarlı iz,
Moskvanı biz gəzirdik.
Qayğısızdı söhbətimiz,
Sonra nəsə qüssələndik.
Gülüş də çəkildi, qəm də,
İlk dəfə qovuşdu əllər.
Bu ağ qarda heç kəs hələ
Gəzməmişdi bizə qədər.
Gözləyirəm bir “hə” de, qız,
Seir tək düzülsün qarda
Sətir kimi izlərimiz —
Mənim iri, sənin xırda.
Addım-addım hesab çəkək,
Qoy qar xışıldasın, susaq.
Bizdən əvvəl burda gəzən
Heç olmayıb — qar ağappaq.
Hirslə çırpılan qapının
Çoxdan kəsilibdi səsi,
Yenə də sənin yanına
Qaçır ürəyim, tələsir.
Gecə çığırır ucadan,
Güclü qar yağıb, dayanıb.
İki iri, iki xırda —
İzlərimiz hamarlanıb.
Əlli beşinci il
Neyləsə də damdabaca
Uçuq-sökük pilləkəndə,
Yenə giriş qapısında
Bir öpüş almadım səndən.
İt kimi hürdü, uladı,
Saydı pillələri bərkdən.
Bütün girişlər bağlandı
Merzlyakovski döngəsində.
Damdabaca düşmən idi,
Min cürə kələyi vardı.
Pişikləri, xadiməni
Üstümüzə qaldırardı.
Oğlanları öyrədərdi,
Qoy lampanı yandırsınlar.
Sənin ürəyin düşərdi,
Gülərdi e, insafsızlar.
Səsindən titrəyir çardaq,
Dincəlmir heç damdabaca.
Biz əl-ələ dayanmışıq,
Söykənib yanaq-yanağa.
Əziz, qoca damdabaca,
Mən boş-bekar hərlənirəm.
Küncdə, həyət qapısında,
Yenə onu gözləyirəm.
Həmin uzaq ildəkitək
Durub köhnə meydançada
Kibritləri dişləyərək
Tullayıram həyəcandan.
Çardaqdan bir cavab gəlmir —
Bir hənir almır qulağım.
Qoca nəsə gözə dəymir,
Çox güman harasa çıxıb.
Altmış səkkizinci il
Saturnaliya bayramııında müəllifə
hədiyyə verən Klodiyaya
Yaman cəlb elədik bir-birimizi,
Bədənlər həsrət çəkirdi.
Mən romalı şair Katuldum sanki,
Sən mənim Lesbiyam idin.
Səhər də, gecə də görürdüm səni,
Açıq-açkar və xəlvətdə.
Gəlib soruşurdum: “İstəyirsənmi?”
Cavab verirdin: “Əlbəttə!”
Unutmaz yaddaşım o sığalları,
Bitmirdi sevgi arzusu.
Nurlandırırdı qarlı Romanı
Saturnaliya ulduzu.
Qopmurduq biz qızğın zəlilər kimi
Oxşayırdıq, necə də...
Gecə meyxanada yatdın içkili
Tuberinin sən yanında.
Səni döydüm, sonra dedim, bağışla,
Əzab çəkirdik doymadan.
O sonuncu “əlvida”mızda
Ehtiras vermədi aman.
Avqust idi, yayın sonuncu ayı,
Üçüncü Roma, Moskvaydı.
Boynumdan qopmurdu yenə qolların,
Elə eyni haydaydın.
Həminki tərsliklə, amansızlıqla,
Açdıq üstünü qəbirin.
Hər şey təkrarlanırdı qışqırıqla,
Blokun pyesindəki kimi.
Yenə səhər-axşam telefon dayanmır,
Nömrəni yığıram sənin.
Xəttin o üzündən cavabın yubanmır:
“Yenə istəyirəm səni”.
Yenə bayram gəlir — şən Saturnaliya,
Sərxoş qəhqəhələr, maraq.
Hələ oturmayıb qonaqlar masaya,
Hələ açılmayıb araq.
Hələ Tiberi də hardasa dolaşır,
Gələcək günün sonunda.
Yenə mənə bəxşiş vermək üçün coşur
Ürəyin, verəcək onu da...
Yetmiş üçüncü il
Biz ayrılıqda boğulmayaq deyə,
Sən Odessada yaşayacağın müddətdə
Dəyişdim yerimi Qara dənizlə.
Dəniz mürəkkəbli məmur olacaq,
Kağıztikən dəftərxana siçanı.
Dəniz vaxtında işə gedəcək,
Saat doqquz otuzda gecikmədən.
Yeraltı keçidlərdə boğulacaq,
Mənasız qonaqları qarşılayacaq.
Rəhbərliyin baxışlarından titrəyəcək,
İcazəli yerlərdə siqaret çəkəcək,
Mənim yerimə ucuz qələmlə
İmza atacaq rəsmi sənədlərə.
Mən uzanacam duzlu çınqılın üstündə,
Qara dəniz körfəzinin taxtında.
Uzaqdan da görəcəklər məni —
Baydar qapılarından, İstanbuldan.
Məni görər-görməz qaçacaqsan yanıma.
Mənim görüşümə gələcəksən ki,
Səni əzizləyim, ağuşuma alım, sənə sığal çəkim.
Ki, qəlbinə girim və sən
Mənə ərə gələsən.
Səksən birinci il
Sahil yamacından bərk yapışmışdı
Şam ağacları.
Ayrılıq dəmi gəlib çatmışdı,
Gülürdü hamı.
Uşaq tək gülürdü şam ağacları,
gözlərində yaş.
Heç kəs düşünmürdü ayrılıqları,
Yox idi təlaş!
Həvəsə uydular şam ağacları,
azdırdı şeytan,
Bir meydan qurdular şam ağacları,
rəqs üçün meydan.
Tanrı da elə bil təsəlli üçün
şənlik göndərdi.
Pasport masasında gülmədi üzün,
qadağa gəldi.
Sanki illər vardı hələ qarşıda,
sanki çox gəncdik.
Gülürdük, gülürdük elə doyunca,
Bir də gülmərik.
Səksən doqquzuncu il
Beş saatdı ki, bürküdü,
İldırım da çaxacaq yəqin.
Dördüncü qatdakı gülün
Ətri bürüyüb hər tərəfi.
Asfalt örtük də qəfildən
Güzgü kimi rəng alıb-verdi.
Kimi görsə təsadüfən,
Damaya, valetə çevirdi.
Partladı göydəki tavan,
Qudurğan yağış başladı.
Nə varsa, töküldü damdan,
Su hər şeyi yuyub apardı.
Qasırğa keçir yaxından,
Burulğanlar, ləpədöyənlər...
Qaçırsan qapıma tərəf
Ayağıyalın meydançadan.
Qapıda donub qalıram,
Ürəyim də çıxır yerindən.
Pilləkənləri qalxırsan,
Addım səsini eşidirəm.
Gəl çıx da, harda qalmısan,
Boynubükük şehli çiçəyim.
Yağış yağıb, islanmısan,
Nəmli göyqurşağım mənim.
Doxsanıncı il
Ölüb, dəniz olacağam,
Sən öz ömrünü yaşa.
Qəm eləmə, yas saxlama,
Uzun ömrü vur başa.
Zərif bir arzum var mənim,
Mavi rəngə qovuşmaq.
Sənə çıxar sahillərim,
Səni gözlərəm ancaq.
Haray çəkir dalğalarım,
Qulaq as uğultuma.
Sənsən mənim intizarım,
Həsrətinəm — unutma.
Zərif topuqların dəyir
Sahilimə astaca.
İstəyirsən köpüklərim
ayaqlarını quca.
İstəyirsən dincliyini
ağuşumda tapasan,
Yenə də əvvəlki kimi
sinəm üstə yatasan.
Baldan şirin dodaqlara
ehmalca sığal çəkim,
Sinəndəki qoşa narı,
gah öpüm, gah dişləyim.
Yorulub qayıdanda sən
evinizə görüşdən,
Yenə haray çəkəcəyəm —
məni eşidəcəksən.




