Cazibə

İşıq zərbəsi,
buludlardakı dəlik,
uçurum,
dibsiz göydəki
çala

necə də çəkir adamı
başı ilə yuxarı
atılmağa.