Bahar
Bu, odur. Elə odur.
Gurultuyla qırılır qərarsız buzlar, budur,
bir də balaca çaydır həyəcanla çağıran,
parıldayan və axan, qaynayan və çağlayan.
Bahardır Naqatinski sahilinə yan alan.
Təlxək və köpəklərin, qunduzların içində
yanğınsöndürən fiti...qırmızı maşın, siqnal...
“Ata! Ata!” qışqırır bir ağızdan uşaqlar...
Buzlu girdabdan çıxır, budur, suyun üzünə,
suda batan ilk adam.
Bu odur.
Həmin qadın, çıxıb çayın dibindən,
kimsə cins köynəyini dartıb çəkir əynindən,
ölü sular didibdi köynəyi, saçı lilli,
siqaret kötükləri, bir də hər cür zir-zibil....
Bahardı, yan alıbdı Naqatinski sahilinə.
Nə çəkməsi qalıbdı, nə də üzü bilinir,
uzanır bax nərdivan, gah qalxır, gah da enir.
O köndələn sularda, çayın tən ortasında
yanğını söndürənlər dayanmırlar bir anda.
Uşaqlar qışqırışır, çığırtılar yüksəlir,
əcaib dəmirbaşlar, günəşin ilıq bərqi.
Daldalan, suya gir tez, tez elə üz, aralan!
Axtarır hey qəzəbdən üzü qızarmış adam,
tez ol, nərdivanı ver! Ah! Aşağı əyilir.
Qaldırın! Gödəkcədən tutub dartın, bu odur!
Baharın sevincidir, ahı — qulaq tutulur.
Heyran qalıb camaat, kəllələrin üstündən
qarmaq ilə göylərə, o ucalır, o uçur...
və üzüb keçir budu.