Qaya
general-qubernator yortma addımlarla buraxır qoşunu
əfsanəvi reyddi bu ispan batareyasına
üçüncü ildi ki qatı qüssəni əvəzləyib güllənin qurğuşunu
gecə silah təmizlə səhər dəllək yanına
asudə vaxtımızda ağızımız yara dolu beynimiz dolu yalan
dişimizdə qaxac ət cibimizdə qupquru çörək obaşdan
nahara da az qalır komandirin atını qaynadırıq qazanda
qurbağa qablarında gəlir ayğır qarnizon şorbasında
işdi yumurta görsən təzim edərsən hətta amma hər necə olsa
vermərik cəbəllütariqi biz əsla
təpənin arxasında birisi əlli səkkiz saylı batalyondan
yelkənləri açdı ki təbiət də dincəlsin
vıyıltıyla kəllələri aldı güllələr sipərlərin üstündən bir anda
qartallıqdı işi yerdə qalan başsız bədənlərin
onda çadırda bir xanım corab geyirdi
naməlum damcılar qırıntılar dağılıb yayıldı ətrafa
tabuta qoymaq da olmazdı onları hamı bilirdi
dedilər ki corablardan cəmi biri tapıldı sonra
səngərdə yenə ana söyüşləri hərçənd astadan
vermərik cəbəllütariqi biz əsla
kaş molli ilə birgə olaydım yorkşirdə doğma yerlərdə
burada qonşuyla elə indi danışırdıq bunu
birdən tappıltı duyuldu öldü kimsə o ya mən
kimdən soruşasan yoxuqsa biz — nə mən nə qonşu
üzən qalalar təhqir eləyərək bizə sarı şütüyür
nə hərb nə namus nə şərəf nə fərqi kim sağ kim ölü
nə fərqi öldürən nədir — bomba günəş ya bürkü
yalnız dörddə biri bədənlərin qalacaqdı axşama həkim üçün
nəcis sidik götürəcəklər yoxlamağa
vermərik cəbəllütariqi biz əsla
general-qubernator eliotun üzərində yox kimsənin gücü qüdrəti
nə də var nüfuzu kimsənin ya da bir səlahiyyəti
sürükləyir o yanlış yerə aparır kainatı
gərəkəndə sistemi pozur zərrələrlə dağıdır mahiyyəti
ölü olsaq da möhkəmik biz səma altda tufandakı qayadan
sanki bir masayıq eninə şüşə altda
dəyəndə bizə uranın sonuncu zərbəsi
zaman yox olanda əbədiyyət göstərəndə öz dibini
yorğun canımızı verərik harda lazım olsa