Həmin oğlan olasan, bozumtul kepka başda...
* * *
Həmin oğlan olasan, bozumtul kepka başda,
uzun sözün qısası, öz-özünlə qalasan.
Gerçəklə xəyalların arasında çaş-başda —
uçsun sarı yarpaqlar, payıza boylanasan.
Oturacaq seçəsən gəzdiyin xiyabanda,
vurnuxub seçəsən sən həmin o bircəciyi.
O yeri seçəsən ki, dönəndə, qayıdanda
görüşəcək o yerdə keçmişlə gələcəyin.
Necə də çox sevirdim hüzünlüykən təsvirlər,
can üstə son baharın cizgisi qızılıydı.
Moruq parıltısıyla doluydu gölməçələr,
şeirlər də o vaxtlar yarıdan yazılırdı.
Çünki şeirin əvvəli səslənmişdi, olmuşdu,
amma əzbərə bir şey qoymamışdı yadigar...
Sanki navalçaları səs ilə doldurmuşdu,
amma yerə enməyib yağmamışdı yağışlar...
Oğlan varıydı amma, qoy danışım əvvəldən,
ovcuyla yanağını dirsəklənib tuturdu,
şeiri dəftərçəyə yazırdı o dinmədən,
sətirlər öz sonuna qatar-qatar uçurdu.