İnfinitiv poeziya

Snikersləmək,
Ara vermək və tviks yemək,
Sonra gərnəşmək,
Fərqi hiss eləmək.

 Yeni nəcib dadı yoxlamaq,
Lider olmaq,
Ayaqyoluna getmək,
Yüngülləşmək.

 Billi öldürməli-1,
Billi öldürməli-2,
Cek pot aparmaq,
Qayğısız yaşamaq,
Pörtməmək.

 Piar etmək,
Havalı gəzmək,
Özünü göstərmək,
Qaşınmaq.

 Dəyərdən salmaq,
Gömrük vergisindən azad olmaq,
Odlanmaq, ara qatmaq

 Utanmadan, usanmadan —

 Mənim gözəl Rusiyam, hələ bunlar nədi ki...
Pis vaxtların olub e, düşməyibdi qiymətin.