Boş gün
Bu səhər heç nəyə bənzəmir, o heç səhər də deyil, sadəcə ilk günün qısa bir parçasıdır: təcrübədir, havayı örnəkdir, avantituldur. Edəcək bir şey, gedəcək yer də yoxdur. Yeni nəyəsə başlamaq da mənasızdır, çünki köhnə hələ yığışdırılmayıb: boşqablar, süfrələr, hədiyyələrin paketləri, döşəməyə tökülən iynə yarpaqlar.
Sübh tezdən yatır, gün batanda durur, evdə boş-boş gəzir, pəncərədən baxırsan. Yanvarın 1-də Moskvada da, Sankt-Peterburqdakı kimi günəş günorta saat dörddə batır, odur ki, bəxtimizə xırda, kal qar dənəciklərinin qamçıladığı bir parça boz işıqdan və ya qırmızımtıl, xəstəhal şəfəqdən, sürətlə çökən qaranlıqdan başqa bir şey düşmür.
Qəribə hisslərdir. Elə indicə vurnuxa-vurnuxa tələm-tələsik şampan süzdük, Kreml saatının ağır imperiya zənginin sədaları altında qədəhləri səylə toqquşdurmağa, köhnə zamanın yox olduğu, yenisinin isə hələ gəlmədiyi sirli keçid anını tutmağa və dərk etməyə çalışdıq... Hamının həmişə bu dəqiqədə sevindiyi kimi sevindik, həyəcanlandıq, sanki bunun öhdəsindən gələ, gözəgörünməz qapılardan sivişib keçə bilməyəcəyimizdən qorxurduq. Ancaq həmişə olduğu kimi, bu dəfə də bacardıq. İndi də yuxulu gözlərimizi qürub şəfəqləri altında açıb bu qəribə vəziyyətə giririk — nə sevnc var, nə kədər, nə tələskənlik, nə peşmanlıq, nə şənlik, nə yorğunluq, nə də xumarlıq.
Bu gün artıqdır, hədiyyə artıqlığı kimi: almaq xoşdur, amma neyləyəcəyini bilmirsən. Bu gün qısadır, ilin qalan günlərindən daha qısa. Bu gün yemək bişirilmir — hər şey var , amma yalnız bir dəfə yeyirik və dünəndən qalma hər şeyi ağına-bozuna baxmadan: dadı dəyişmiş cürbəcür salatları, üzərini salfetlə örtməyi unutduğumuz qurumuş piroqları, qalıbsa, içi doldurulmuş yumurtaları. Bilmirsən araqlı və siyənəkli səhər yeməyidir, yoxsa şorbasız nahar. Bu gün sakitlikdir: dünən gülmüşük, əylənmişik, zəifləmişik.
Bu gün şəhərdən kənarda, bağda, kənddə olmaq yaxşıdır. Qolları dağılmış köhnə paltar, göstərməyə utandığın keçəl kürk, keçə çəkmələr geyinmək olar. Çölə çıxıb axmaqcasına dayanmaq, səy-səy göyə, bəxtiniz gətirsə, ulduzlara baxmaq olar. Özünüzü özünüzlə hiss edə bilərsiniz: heç kimə bağlı olmayan, özün üçün də anlaşılmaz, rahat, evcil, altı yaşında, əbədi. Heç bir hiylədən, aldanmaqdan qorxmadan sevmək də olar. Artırmanın dirəyinə, ya da kiməsə söykənmək də...
Bu gün o qədər boşdur ki, yadda qalmayacaq. Nə etdik? — heç nə. Hara getdik? — heç yerə. Nədən danışıq? Demək olar, heç nədən. Yalnız boşluq və qısalıq, boğuq işıq, bahalı avaralıq, xoş süstlük, şirin əsnəmə, qarışıq düşüncələr və dərin erkən yuxu xatırlanacaq.
Bu gün olmasaydı, necə yaşayardıq! Həyatla, onun qulaqbatırıcı və amansız gurultusu ilə, hələ də anlamağa macal tapmadığımız bu məna dalğası, iyulun, sentyabrın, noyabrın dolandığı gün kələfi ilə necə bacarardıq!
Artıq, boş, möcüzəli bir gün, üç yüz əllidən çox uzun çubuq arasında hesabcıl, hər şeydə məna, izahat, bəraət axtaran bizlərə hiss olunmadan sırınan qısa bir kibrit çöpü. Tarixsiz, insan hesabından kənar, adi, firavan bir gün.