Qum saatı

Şeytan düşməndi mələyə. Mənsəb unudub mənbəni.
Həyatdan ölüm tərəfə tökülür bax qumum mənim.

 Sevgi, nifrət, göz yaşları, hisslər, sözlər, həyəcanlar,
Bürkülərim, şaxtalarım, axıb gedir bircə anda.

 Bayağı bir qonaqlıqda otursam da, görürəm ki,
Bu avqustum qumda batır, əldən başqa nə gəlir ki!

 Saat ağrı-əzab bilmir və hər gündüz və hər gecə
Görüşlərim, şeirim, nəsrim batır gözüm önündəcə.

 Bu qüssəylə, bu kədərlə inanmıram kimsə gələ,
O şəfalı əlləriylə bu saatı tərs çevirə.

 Ruhlar ölmür, ta qədimdən, sevmək, yaşamaq, ölməkçün
Ölümün də şüşəsindən həyat tərəfə keçir qum.

 Üzəcəm üzü anama, fırfıram da fırlanacaq,
Mələk dönəcək şeytana, mənbəni mənsəb anacaq.