Heykəlin başına qonubdu bir quş...
* * *
Heykəlin başına qonubdu bir quş,
Qonubdu, kimindi baş, nə vecinə.
Fərq etməz, yarayır onunçün hər baş,
Bu haqqı uçmaqla alıb, ona nə.
Canına yağ kimi yayılır bu iş —
Gecə qaranlıqda, bürünc saç üstə.
Şöhrət ayaq altda, iş işdən keçmiş,
Nolacaq bu quşdan şikayət etsən?!
Əgər qartal olsa, başqa məsələ,
Troya döyüşçüsü, yırtıcı kimi
Əsərdin, coşardın başda dəbilqə,
İndisə sakit ol, Neva sakini.
Bu işin başını sən boşla, burax:
Könlündən cəzamı keçir o quşa?
Göyərçin oturan heykələ bir bax,
Gör necə sevinir bu xoş görüşə.
Heykəlin başına qonubdu bir quş,
Qonubdu, kimindi baş, nə vecinə.
Fərq etməz, yarayır onunçün hər baş,
Bu haqqı uçmaqla alıb, ona nə.
Canına yağ kimi yayılır bu iş —
Gecə qaranlıqda, bürünc saç üstə.
Şöhrət ayaq altda, iş işdən keçmiş,
Nolacaq bu quşdan şikayət etsən?!
Əgər qartal olsa, başqa məsələ,
Troya döyüşçüsü, yırtıcı kimi
Əsərdin, coşardın başda dəbilqə,
İndisə sakit ol, Neva sakini.
Bu işin başını sən boşla, burax:
Könlündən cəzamı keçir o quşa?
Göyərçin oturan heykələ bir bax,
Gör necə sevinir bu xoş görüşə.




