Kimdi ki ilbizi əhəngli komada saxlayan o adam?..

* * *

Kimdi ki ilbizi əhəngli komada saxlayan o adam?
Soyumuş sulara baxaraq,
sapı da iynədə azdıran?

Kimdi ki görünməz o nuru, gümüşü turşumuş yağmuru
görübdü, özünü özgəyçün yaxaraq
cənnətə bilet də uydurub?

Heyrətlə əyilib bulanıq, gümüşü sulara bir anlıq,
çevrilib civənin şarına
dayazda oynayır o balıq.

Balığı sümüklə yeyən kəs heç vədə ölə də bilməz,
getməz gözünə yuxu da —
o balıq rahatlıq verməz.

Uyu sən saf körpə, ölümü əlinlə yoxla,
ətrafda heç nəyi görməzlər
zərrəbin şüşəylə baxanlar.

Mərhumun şəninə qalxmaz, dirinin adını anmaz,
uşağı incidər,
qəlbi daşlaşar, amma o qanmaz.

Kor baxır aynadan və Ayı bir pişik zənn edir o adam,
yalayır don vurmuş əlini,
əbədi qışında həsrətin növbəti ilini.