Sakit qadın lirikası

Bütün bu sakit qadın lirikası
qəfil hücuma keçib irəli cumanacan,
atılıb hər şeyi yerlə bir eləyənəcən
sakitdir yalnız.

 Budur, o, uzun dırnaqlarını itiləyir,
boyayır qiyamçı dodaqlarını.
Acıqla toplayır buruq saçlarını,
qaşlarını çatır aypara kimi.
Göz yaşları, fəryad, giley, inilti, —
yamanlayır acı taleyi;
Yazıq qafiyələr — axsaq, sərsəri,
düzülüb meydana, çəkilmir geri.

 Vədlər mövzusunda bahardı daim,
saralıb-solur üzü payızda.
Qələbə çaları, qürurlu vida
və bir qurtum ümid.
Bu ritorika, bu isterika
hormon fırtınası: demək, zaman yetişib!
Çox təhlükəlidir əsəbi adama
boz kölgəylə oyun oynamaq.

 Qorxaraq gizlənib elə Eros da,
əvəzinə oxşarını göndərir divana —
ərköyün, xırdaçı, şıltaqdır,
kələkbaz, bayağı, divanə.
Deyirsən, içində hardandı
bu ümümbəşəri qaranlıq,
kimdədi günahı?
Hamısı sakit qadın lirikasındandı,
bütün bu cəhənnəm əzabı, ahı.