Gəmi
Nəhəng gəmi qaşqabaqlı limana
doldurub tüstü-duman;
Hayanasa — Limaya, Lissabona
indicə fit verib çıxacaq burdan.
Əzik kanotyelərdə, şlyapalarda
qalxırlar trapla,
kartuzlu satrapa dil çıxarırlar,
qorxudan itirlər tappatarapla.
Çoxu haqda mənim kimi hamı nəsə eşitmiş —
yüksək cəmiyyətdəndilər;
əl eləyir özünq (g)ülləyə məhkum etmiş,
azmış şair də.
Tələs, tərpən, qalıbdı təkcə “one minute” —
yola çıxırıq tezcə!
Tapılar yəqin kayut
bizimçün hər necəsə.
Kanar, Azor və Bermud, Baham adalarının —
nə sərgüzəşt, nə möcüzə xətrinə —
üzə-üzə düz yanından adlarıq
yetişməkçün tanrı ziyafətinə.
Nə yüksək bacarıq, nə dürüst səylər
heyif ki, kimsəni xilas etməyəcək,
bizi səma sakinləri yırtıcı piranyalar
nuş eləyib yeyəcək...
doldurub tüstü-duman;
Hayanasa — Limaya, Lissabona
indicə fit verib çıxacaq burdan.
Əzik kanotyelərdə, şlyapalarda
qalxırlar trapla,
kartuzlu satrapa dil çıxarırlar,
qorxudan itirlər tappatarapla.
Çoxu haqda mənim kimi hamı nəsə eşitmiş —
yüksək cəmiyyətdəndilər;
əl eləyir özünq (g)ülləyə məhkum etmiş,
azmış şair də.
Tələs, tərpən, qalıbdı təkcə “one minute” —
yola çıxırıq tezcə!
Tapılar yəqin kayut
bizimçün hər necəsə.
Kanar, Azor və Bermud, Baham adalarının —
nə sərgüzəşt, nə möcüzə xətrinə —
üzə-üzə düz yanından adlarıq
yetişməkçün tanrı ziyafətinə.
Nə yüksək bacarıq, nə dürüst səylər
heyif ki, kimsəni xilas etməyəcək,
bizi səma sakinləri yırtıcı piranyalar
nuş eləyib yeyəcək...





