Yeddi təpədə, mavi meşədə...

* * * Yeddi təpədə, mavi meşədə yeddi yarpaqda bir şah ot bitər, yeddi təpədə, yeddi küləkdə yarpağın biri zoğalı rəngdə, o biri yarpaq yovşandı sanki, yox, acı deyil, səmatək mavi. Üç qırmızıdı, dördüncü ağdı, yəqin üstündə Mələk ağlayıb. Quldur fitiylə at nalı altda, doğdu beşinci — yaşıl bir yarpaq. Sarı-qızılı altıncı yarpaq, yeddinci saç tək dolaşıq, pırtlaq. Nəğmə söyləyir quş çəmənlikdə, “İvan günü”yçün ot al bir dəstə. Mavi meşədə, çay qovşağında gizlənir adam çəmənin altda. O ot cücərir qabırğasından, O ot zərrədi onun varından. Onun varına zərər vuraraq, astaca dər sən ondan bir yarpaq. Yeddi təpədə, yeddi küləkdə adamı götür, saxla əlində, al ürəyini, yerindən çıxar, mavi yarpağı yerindən qopar, götür sinənə, onu al, götür, dünyaya şeir və uşaq gətir...