Unudulmuş çırağın his eləyir piltəsi, arıq Milçək özünü möhkəm çırpır aynaya...

Unudulmuş çırağın his eləyir piltəsi, arıq Milçək özünü möhkəm çırpır aynaya.
Körpə Musa səbətdə uyuyur, gəlmir səsi, qurudu və bürküdü Misirdə indi hava.
Al körpəni qoynuna, qoy sənə oğul olsun, aç gözünü, nəzər sal o tozlu pəncərəyə,
bardaqlardan süzülür bax necə uzun-uzun, Kaxetiya şərabı düzülür süfrələrə.

  Yuxuya getməmişdən unutma, yataqdaca anlaşılmaz sözləri təkrarla,
                                                                                                          düz ard-arda,
hələ saralıb qalan yarpaqlar var ağacda, tapdaq izi görünmür hələ bütün otlarda,
yoxsul bir komadaca uşaqlıqdakı kimi, naməlum bir ustanın əllərində düzəlir,
Allahın sənin üçün göndərdiyi bəxşişi; qamışdan hazırlanan beşik deyil o qəbir.